اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Azərbaycan xalqına salamlarımı çatdırın, mən onları çox sevirəm”

Yayım Tarixi: 17.02.2012 11:00
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Əhmədinejad azərbaycanlı kinoşünasla görüşdü

Azərbaycanlı jurnalist, kinoşünas Sədaqət Kamal İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla görüşüb.
 Sədaqət Kamalın ANS PRESS-ə verdiyi məlumata görə, görüşTehranda “Fəcr” Film Festivalının təntənəli açılış mərasimi olub.
Mərasimdə Azərbaycan nümayəndələri də iştirak edib.
Tədbir çərçivəsində onların İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla görüşü keçirilib.

Azərbaycanı təmsil edən kinoşünas Sədaqət Kamal festivalla bağlı təəssüratlarını bölüşüb: "Fəcr Film Festivalının təntənəli açılış oldu. Açılışa ölkə prezidenti Mahmud Əhmedinejad da gəlmişdi. Onunla şəxsən ünsiyyət qurmaq imkanı əldə etdim. Əhmedinejad Azərbaycan dilində “Azərbaycan xalqına salamlarımı catdırın, mən onları çox sevirəm” söylədi və əlini ürəyinin üstünə qoyub, “Ürəkdən sevirəm” deyə vurğuladı. Mən isə “Mən də sizə ürəkdən inanıram” deyə cavab verdim.

"Festivalın proqramına bir çox tədbirlər, o cümlədən də ”Hollivudizm və Dünya kinosu konfransı” da daxil idi. Konfransda tanınmış politoloqlar, alimlər, kinematoqrafçılar və jurnalistlər qatılmışdı.

Festivalın nominasiyaları beş bölmədə verilib. "Dünya Panoraması", yəni beynəlxalq kino yarısmaşı üzrə ən yaxşı film mükafatı, "Büllur Sumurq" mükafatına “Ömər məni öldürdü” filminin fransalı rejissoru Racit Bocarebe sahibləndi.
"Ən yaxşı aktyor" nominasiyasında kanadalı aktyor Derek Tidd qalib gəldi.
"Ən yaxşı ssenari" üzrə mükafat “London çayı” filminin Fransa, Əlcəzair, Britaniyadan olan müəlliflərə verildi.
İranın tanınmış rejissoru Mehruci "Ən yaxşı film"ə görə "İman" mükafatına layiq görüldü.
"İslami insani haqqları" mükafatı rejissor Perviz Şeyxin "Həyatın günləri" filminə verildi.
"Qızıl Bayraq – Mustafa Akkad" mükafatı isə Mehdi Sabbaqzadənin “Haqqın dərgahına gedən yol” filminə verildi.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768