Suriya prezidenti Rusiyaya təşəkkür edib
Suriya prezidenti Bəşər Əsəd Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkovla görüşdə bəzi xarici dövlətlərin ölkədə vəziyyəti gərginləşdirməyə çalışdığını söyləyib.
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Rusiyaya verdiyi dəstəyə görə təşəkkürünü bildirən Bəşər Əsəd deyib ki, bəzi xarici dövlətlər silahlı terrorçu qrupları maliyyələşdirir və ölkədə problemin sülh yolu ilə tənzimlənməsinə mane olmağa cəhd göstərir.
islamazeri.az