اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Din məhəbbətdən başqa bir şey deyil”

Yayım Tarixi: 05.08.2011 17:21
Reportaj
Yazı ölçüsü: büyüt küçült         

Cümə günü Bakının “Məşhədi Dadaş” məscidinin İmam Cüməsi Hacı Şahin Həsənli olub.

O birinci xütbəsində ilk öncə özünü və namaz iştirakçılarını təqvaya dəvət edib.

Daha sonra isə xətib eşq və əqildən danışıb.

İmam Cümə bu haqda deyib: “Qeyd etmişdik ki, insanın içində qorxu hissi varsa, Allahını sevən insan bunu Allaha yönəldir. Həya hissi varsa, onu Allaha görə edir. Bir hissdə var: eşq və məhəbbətdir. Din baxımından Allaha məhəbbət ən mühüm məsələlərdən biridir. Bəziləri elə bilir ki, Allaha məhəbbət sırf fərdi məsələdir. Bəli vacib deyil, hər kəsdə bu olsun. Bəziləri belə düşünür ki, eşq və məhəbbətlə insan ömür sürə bilməz. Deyirlər bu gəncliyə məxsus olan bir hissdir. Yaş çoxaldıqda deyirlər bu hiss gedir. Gənc şəxs mənfəət güdmədən edir bu işi. Məsələn gənc oğlan fikirləşmir ki, futbol oynayanda bu onun sağlamlığına xeyirdir. O sırf öz istəyi ilə bunu edir. Deyirlər bu gənclərə və cavanlara məxsus xüsusiyyətdir. Bəziləri eşqi ağıla zidd hesab edirlər. Deyirlər, ağıl odur ki, hesablasın görsün nə ona xeyirdir. Bəziləri aşıq sözünü divanə, dəli kimi qəbul edirlər. Bəs İslam necə baxır? İslam Allaha məhəbbəti köklü bir məsələ hesab edir. Bəziləri elə düşünür ki, din yolu sırf əqli yola əsaslanır. Yəni insan oturur hesablayır. Namazı və orucu hesablayır. Yəni bu ibadətləri etməsəm, cəzası var, etsəm mükafatı var. Bəziləri elə başa düşür ki, ağıl bir sözü deyir, qəlb bir sözü deyir. Bəziləri elə başa düşür ki, əqli dəlil gətirirsə bir iş üçün, bu kifayətdir”.

Ağılın mühüm və lazımlı olmasını diqqətə çəkən İmam Cümə deyib: “Bəli, dinimiz ağıla söykənən bir dindir. Şəhadəti bəzən ağıl qəbul etməz, amma elə əqillə fikirləşdikdə görürsən ki, şəhadət ağıla söykənən bir məsələdir. Çünki Qiyamətdə sorğu-sualın çətin olduğu bir zamanda şəhid bu şeylərdən uzaqdır. Sorğu-sual görməz, hətta qəbirdə də şəhidin sorğu sual edilməməsi haqda rəvayətlər var. Çünki şəhid güllənin qabağından qaçmayıb, o bu əməli ilə sorğu sualın cavabını artıq verib. Şəhid sualların cavabını artıq döyüş meydanında verib. Şəhid fikirləşib gedib şəhid olsa, bu əqli dəlil olacaq. Mənim sözümün məqzi var. Din bu deyil ki, insan hər şeyi hesablayıb, o işi görsün. İnsanda eşq və məhəbbət olmalıdır. Ağılla eşqin vəhdəti dindir. Din sırf ağıl əsasında deyil. İmam Baqir (ə) buyurur: “Din məhəbbətdən başqa bir şey deyil”. Din odur ki, ağlı deyən şeyi qəlbi təsdiq edir. O ağılın səsilə deyil, eşqin səsilə getsin. Din deyir ki, ağıl istiqamət versin, amma eşqlə o addımı atasan. Yayın istisində oruc tuturuq. Biri var deyəsən, oruc tutmasan kəffarəsi var, o dünyada cəzası var. Biri də var, eşqlə oruc tutasan”.

İkinci xütbəsində isə İmam Cümə orucluq haqqında danışıb. Quran oxumağın savablarına toxunan İmam Cümə deyib: "Mübarək Ramazan ayında tövsiyə olunub ki, Quranla ünsiyyətimizi çoxaltmalıyıq. Çünki bu ayda Quran nazil olub. İslam Peyğəmbəri də dünyasını dəyişməmişdən əvvəl iki əmanət qoyub getdi. Bu əmanətlər, biri Quran idi, digəri isə Əhli-Beyt. Digər hədislərdə isə, fitnənin yayıldığı bir zamanda Qurana sarılmaq barədədir. İstəyirsən biləsən necə möminsən, Quranda möminlərin sifətləri haqqında yazılıb. Sonra özünə bax. Bu ayda Quran oxuya, mənasını, tərcüməsini bilə çox savabı var. İmam Əli (ə) “Həmam” xütbəsində təqvalıların sifətlərini sadalayır. Orada deyilir ki, təqvalılar aram-aram oxuyarlar. Cənnət ayələri oxuyanda təqvalılar, sanki o mükafatları əldə edirlər, cəhənnəm ayələrini oxuduqda isə, sanki odun uğultusunu eşidərlər. Təqvalılar belə olarlar. Bəzən bir ayə insanın həyatını alt-üst edir. Bir nəfər oğurluğa gedir, oturur hasarın üstündə. Qonşu evdən Quran ayəsi oxunur, bu da bu ayəni dinləyir. Ayədə deyilirdi: “Vaxt çatmadımi, iman gətirənlərin qəlbləri Allahın qorxusu ilə titrəsin?”. Bu oğurluğa gələn deyir: “Bəli vaxtı çatdı”. Deyirlər bu adam zamanın arifi olur. İnsan bir ayə haqqında düşünsə, oxusa çox yaxşıdır. Ola bilsin ki, bu ayda Quran oxumaq ona görə yaxşıdır ki, insan bu ayda paklanır. Ayə var ki, Qurana ancaq paklar yaxınlaşa bilər. Bu baxımdan insan oruc tutduqca paklanır və Quran oxusa ona məhrəm olar. Yəni Quran ayəsinə görə, Qurana ancaq pak insanlar, təmiz qəlblilər məhrəmdirlər. Kim bu ayda bir ayə oxusa, başa düşərək oxusa bir Quranı xətm emiş kimi olur. Allah bizi Quran oxuyanlardan qərar versin”.

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Raul
05.08.2011 22:20
Allahin Esqi
salam aleykum Allahda bizi esqinden yaradib
Famil
05.08.2011 19:54
Salam
Allahin salami olsun haminiza 4ox gozel moizedir ha4i Allah komeyin olsun Amin
Adem
05.08.2011 19:19

Esqiydi İmam Huseyni Kerbelaya aparan - o cumleden esqdi hicaba gore ruhaniler mehbus oldular
Xirda
05.08.2011 19:18

Allah oruclarimizi qebl elesin - esq olmasa namazin ne faydasi
Gozel
05.08.2011 17:29

Hacı Şahin çox gözəl moizə edir. Cümə namazında minlərlə adam gəlmişdi
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768