اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Fənərbağça” təzminat iddiası qadırıb

Yayım Tarixi: 02.02.2012 17:05
İdman
Yazı ölçüsü: büyüt küçült         

haber
Təzminat iddianaməsində tələb edilən məbləğ 45 milyon avrodur

“Fənərbağça” klubunun rəhbərliyi Türkiyə Futbol Federasiyasına (TFF) və İdman Məsələlərinə dair Arbitraj Məhkəməsinə qarşı 45 milyon avroluq təzminat iddiası qaldırıb.
Buna klubun Çempionlar Liqasından kənarlaşdırılması səbəb olub.
Məhkəməni udsa, kluba dəyən zərər 9 faiz artıqlaması ilə ödənilə bilər.
Çempionluq əldə etdiyi 2010-2011-ci il mövsümündə “Fənərbağça Sportif AŞ”nin səhmlərinin dəyəri 100 TL-yə qədər yüksəlib.
Danışılmış oyunlarla əlaqədar cinayət işinin açıldığı iyulun 5-də bu rəqəm 70 TL-yə enib.
Çempionlar Liqasından xaric edilənədək səhm 50 TL-yə qədər geriləyib. Hazırda isə bir səhm 40 TL-yə satılır.

Hazırda “Fənərbağça Sportif AŞ”nin səhmlərinin ümumi dəyəri 600 milyon dollar (1 milyard TL) civarındadır.
Halbuki bu məbləğ Çempionlar Liqasından xaric edilənədək 720 milyon dollar, iyulun 5-dək 1 milyard dollar olub.

Qeyd edək ki, “Fənərbağça Sportif”in səhmlərinin 15 faizi xalqa açıqdır. Yəni, hazırda səhmdarların klubda 85 milyon dolları var. Bu məbləğ də yarıbayarı azalıb.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768