اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Facebook”a hirsləndi notebooku güllələdi (Video)

Yayım Tarixi: 11.02.2012 10:52
Həyat
Yazı ölçüsü: büyüt küçült         

haber
Ata başqa valideynlərə də müraciət edərək onlara uşaqlarını sosial şəbəkələrə yaxın buraxmamağı məsləhət gördü

Qızının sosial mediada valideynlərini tənqid etməsinə əsəbiləşən ata əvvəl kameraya açıqlama verdi, sonra isə qızına aid notebooku güllələdi. Hadisə Amerika Birləşmiş Ştatlarında baş verib. Məlumata görə, 15 yaşlı qız sosial şəbəkə saytı “Facebook” səhifəsində valideynlərini tənqid edib: “Atamın və anamın tələbləri məni bezdirib. Dayanmadan işləyirəm və özümə vaxt ayıra bilmirəm”. 

Bu açıqlamalara əsəbiləşən ata Tomi Jordan həyətində quraşdırdığı kameraya açıqlama verərək qızı ilə valideynlər arasında olan münasibətlər barədə danışdı və onu əsla işləməyə məcbur etmədiklərini dedi. Ata başqa valideynlərə də müraciət edərək onlara uşaqlarını sosial şəbəkələrə yaxın buraxmamağı məsləhət gördü. 

Daha sonra ata tapança ilə qızının kompüterini güllələyib. Tomi Jordan bu video-çarxı, “Facebook valideyni; Problemli yeniyetmələr üçün” – başlığı ilə video paylaşımı saytı “You-Tube”a yerləşdirib. 

Tomi Jordanın bu videonu yayması ilə ABŞ mətbuatında yeni bir müzakirə başlayıb. Bir çox mətbu orqan sosial medianın ailə həyatı üzərindəki o təsirlərindən danışmağa başlayıb. 


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768