اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Heroin” ilə “Marixuananın” söhbəti

Yayım Tarixi: 21.02.2012 15:42
Məqalə
Yazı ölçüsü: büyüt küçült         

haber
Polis rəisi otağındakı seyfi açıb içərisinə bir bükülü qoyur

Seyfin içərisində bir uzun iş günündən sonra dincələn “heroin” yuxudan ayılır.
- Kimdi?
- Mənəm marixuana.
- Xeyir ola?
- Təzə düzəlmişəm işə. Bu gündən səninlə bərabər işləyəcəm.
- Hə lap yaxşı onsuz da tək çatdırmıram. Onun cibindən bunun cibinə, bunun cibindən onun cibinə girməkdən bezmişəm.
- İndi nə sezonudur?
- Dindar sezonu. Dindarları tuturuq. Düzü utanıram özüm də. Çünki dindarın cibindən çıxanda sənə inanan olmur. Uşaqların da yanında biabır olmuşam. Bir narkaman olsaydı intihar edərdim.
- Məni işə götürəndə dindar söhbəti olmadı axı? Yox mən də istefa edəcəm.
- Elə də guya ölkədə narkotik azlığıdır. Heç kim tapılmasa da rəis öz oğlunun otağındakını gətirəcək.

  Elə bu vaxt qıraqdan səs gəldi.

  - Sakit olun yataq da axşam simendəyəm axı.
  -  Bu kimdi?
  - Tapançadır. Onun yanındakı da qumbara. Onlara nə var ee “ağ adamlardı”. Heç olmasa ruhanin cibindən çıxırlar.

 Seyfin qapısı açıldı. “Heroin” və “marixiuana” irəli çıxdı.

Rəis əsəbi halda:
- Siz yox. Tapança gəl gedək. 17 il təhsil almış, başı əmmaməli bir seyyid ruhani var, onu tutmağa.
- Hə bu başqa məsələ. Gedək.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Leman
25.02.2012 11:04

sen deme mominlerin hamisi narkoman ve quldur imish ki, "tesadufen" hamsinin evinden silah yada ag-qara ashkarlanir! bu qeder de zalimliq olmazda! bohtanchilari ebedi ezab gozleyir, Qiyametecen yerin goyun leneti olsun size!
Vasif
23.02.2012 23:18

allah zalim qovmu mahv etsin
Zehra
22.02.2012 19:28

duz soze ne deyesen deyirem hec utanmirlar o momunun cibinden narkotik birinin evinden silah bu meseleye usaqda inanmaz ele soz deyin inandirici olsun
Seyyidüş Şüheda
21.02.2012 16:41

CHOX GOZEL VE YERINDE DEYILMISH SOZLER, BIZIM ME"MURLAR DINDARLARI HEBS EDENDE, CIBLERINE O ZEHRIMARLARI ATIB SHERLEYENDE BIR BALACADA OLSA NIYE DUSHUNMURLER GORESEN???? YENI HECHMI ALLAHDAN QORXULARI YOXDUR BULARIIN ??? ((((
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768