اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Kodak” şirkəti fotoaparat və kamera istehsalını dayandırdı

Yayım Tarixi: 10.02.2012 14:22
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
“Eastman Kodak” şirkəti fevral ayının 9-u tarixində rəqəmli fotoaparat, yığcam videokamera və rəqəmli videoçərçivə istehsalının dayandırılması haqqınd

İslamazeri.az-ın "ictnews"-ə istinadən verdiyi xəbərə görə, “Eastman Kodak” şirkəti fevral ayının 9-u tarixində rəqəmli fotoaparat, yığcam videokamera və rəqəmli videoçərçivə istehsalının dayandırılması haqqında bildirib.

Bu qərar “Kodak”-ın fotoaparat istehsalçısı və fotoqrafiya üçün həllər hazırlayan şirkət kimi sonu deməkdir.

Qeyd edək ki, Nyu-York şirkəti 100 il əvvəl məhz bu biznes ilə öz fəaliyyətinə başlayıb.

Şirkətin əsası 1880-ci ildə Corc İstman tərəfindən qoyulub, “Brownie” və “İnstamatic” fotoaparatları, həmçinin daxilində fotolent olan sarı-qırmızı qutular sayəsində dünya şöhrəti qazanıb.

Mütəxəssislər bildiriblər ki, “Kodak” şirkəti biznesdə mövqeyini ilk dəfə 90-cı illərdə, faktiki olaraq yapon istehsalçısı ilə rəqabət mübarizəsində uduzduqda əldən vermişdi.

Məlumat üçün qeyd edək ki, “Kodak” şirkətinə yanvar ayının sonunda məhkəmənin qərarına əsasən, zərərə məruz qalmış müəssisənin tam bərpa olunması və şirkətin borclarının ödənməsinə kömək edəcək konkret planın yaradılması üçün 1 ildən çox müddət verilib.“Kodak” şirkəti isə elan edib ki, hətta xərclərin azalması və müəssisənin yenidən strukturlaşdırılması üzrə səylərdən sonra belə şirkət pulsuz qalır və adi rejimdə işləməyə davam edə bilmir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768