اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“LAZIM”ı gözləyən və gözləməyənlər

Yayım Tarixi: 31.12.2011 19:15
Məqalə
Yazı ölçüsü: büyüt küçült         

haber
Bu ili də belə yola verdik. Hələ il başlayanda 2011-ci ilin Qarabağın azad olunacağı il adlandırırdılar. Amma deyəsən alınmadı.

Eybi yox yəqin “zalım oğlu LAZIM” hələ gəlib çıxmayıb. Hər il başlayanda böyükdən tutmuş, kiçiyə qədər “LAZIM”ı çağırırıq. Amma deyəsən bu ancaq dildədir. Bizim Qarabağı geri qaytarmaq fikrimiz yoxdur. İndi bu cümləni oxuyan hər kəs deyəcək ki, “yox sən danışırsan, lazım gəlsə Vətən uğrunda canımızı da verərik.” Bax yenə də “LAZIM” gəlsə. Deməli bizim bütün problemlərimizin həlli “LAZIM”ın gəlməyinə bağlıdır. O da ki...

İndi də gəlin bir az da “LAZIM”ı gözləməyənlərdən danışaq. Bəli, təəccüblənməyin bizdə belə insanlar da var. Başlayaq lap əvvəldən.

Ramil Səfərov - “LAZIM”ı gözləmədən Azərbaycanın qeyrət simvolu olan bayraqla ayağını silən Qurqeni o dünyalıq elədi.
Mübariz İbrahimov – da “LAZIM”ı gözləmədi. Ermənilərin üzərinə gedərək, onlara əməlli-başlı bir dərs verdi. Şəhid oldu.
Fərid Əhmədov, Əhməd Abdullayev də onun kimi.

Bu belə...

İndi də keçək digər məsələyə. 2011-ci il başlayan kimi hələ əsası 2010-cu ildə qoyulan “hicab siyasəti” davam etdirildi və buna “LAZIM”ı gözləmədən hacı Mövsümlər, Hacı Vaqiflər, Seyyid Fəramizlər, Hacı Abgüllər, Hacı Talelər, Rufulla Axundzadələr qalxdı.
“LAZIM”ı gözləməyənlərin axırı isə zindan oldu. Ramin Səfərovdan başlayaraq. Seyyid Mübariz, şəhid Fərid və Əhməd isə bu fani dünya ilə vidalaşdıqlarına görə isə onlara “LAZIM”ı gözləmədiklərinə görə həbs qismət olmadı...

P.S. Amma biz hələ də “LAZIM”ı gözləyirik. Deməli “LAZIM” bizə bu qədər lazımdır.

Əli Cəfəri
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Hakim
06.01.2012 18:53
Lazım
qardash siz duz dediz biz lazimi gozleyirik amma biz lazimi cox gozlesek bizim gozledyimiz gelmeyecek,ona gore kimlar ki, gozu yoldadi onlar lazimi gozlemir gozledikleri ayridi.amma kimlar ki lazimi gozleyir onlara olene kimi lazim gelmeyecek.cox sag ol ki, biz yatmishlari oyadirsan. amma ne xeyri burdan durub ayri yerda yatacagig,bizim oayanmamamigimiz kima lazimdi? kima lazim deyil. bax bunu bilmek lazimdi ve bu hagda dushunmeye deyer, bax yenada lazim. (laizim idi sana?)
Pervin
04.01.2012 08:44
Allah Bizi Bagiwlasin
Sen Mene lazim olan dersi verdin! ALLAH Senden razi olsun!
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768