"O, futbol barədə çox şey bilir"
Rusiyanın “Anji” klubunun futbolçusu Roberto Karlos İspaniya “Real Madrid”inin baş məşqçisi Joze Mourinyonu “Barselona” komandasına rəhbərlik edən Xosep Qvardioladan güclü mütəxəssis sayıb.
Braziliyalı mütəxəssis mövqeyini Mourinyonun çalışdığı bütün komandalarla uğur qazanması ilə əsaslandırıb.
39 yaşlı oyunçu deyib: “Mourinyo hələ də bir nömrədir. Mən bunu onun xarakteri, oyun üslubuna əsasən deyirəm. Qvardiola da “Çelsi” və ya “İnter”lə nə isə qazana bilsə, bu mövzunu müzakirə etmək olar. Pep müasir məşqçidir, ağıllı, cəsurdur. Oyunçular onu daim dəstəkləyirlər. O, futbol barədə çox şey bilir. Lakin Mourinyo məşqçi kimi çalışdığı bütün ölkələrdə uğur qazanıb. Bu, onun xüsusiyyətlərinin ən yaxşı təsdiqidir. İspaniyada dünyanın iki ən güclü baş məşqçisi çalışır”.
Qeyd edək ki, əvvəllər məşhur “Daily Mail” nəşri Joze Mourinyonun yayda İngiltərə “Mançester Yunayted”inin baş məşqçisi olacağını yazıb.
Lent.az
islamazeri.az