اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Mozilla” şirkəti mobil qurğular üçün yeni əməliyyat sistemi təqdim edə bilər

Yayım Tarixi: 15.02.2012 19:56
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
Yeni platformanın, hər şeydən əvvəl smartfon və planşetlərdə tətbiq ediləcəyi güman edilir

İslamazeri.az-ın "ictnews“-ə istinadən verdiyi xəbərə görə, "Mozilla" cəmiyyəti yaxın aylar ərzində portativ qurğular üçün “Boot to Gecko” (BTG) layihəsi üzrə hazırlanacaq yeni proqram platformasını təqdim edə bilər.

Yeni proqram platformasının əsasını “Firefox” veb- səyyahında tətbiq edilən “Gecko” mühərriki, həmçinin “Android” platformasının aşağı səviyyəli kodu təşkil edəcək.

Əməliyyat sistemində özünün standart telefon funksiyalarını (zənglər, “SMS”, “NFC”, “Bluetooth”) dəstəkləyən “Web API” interfeysi reallaşdırılacaq.

Platformanın veb-əlavə və internet xidmətlərlə inteqrasiya olunacağı güman edilir.“Boot to Gecko” layihəsinin hazırlanma qrafikinə əsasən, əməliyyat sisteminin təqdimatı cari rübün sonuna kimi olmalıdır.
Yeni platformanın, hər şeydən əvvəl smartfon və planşetlərdə tətbiq ediləcəyi güman edilir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768