اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Nüvə silahı əldə etmək günahdır”

Yayım Tarixi: 22.02.2012 23:28
Siyasət
Yazı ölçüsü: büyüt küçült         

haber
İranın ali dini lideri Seyid Əli Xamneyi bu gün İran Atom Enerjisi Təşkilatının üzvləri və nüvə alimləri ilə görüş keçirib

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İranın nüvə silahı yaratmağa çalışmadığını söyləyən İslam Respublikasının Ali Dini Rəhbəri Seyid Əli Xamneyi nüvə silahına əldə etməyin günah olduğunu bildirib.

Seyid Əli Xamneyi deyib ki, İranı nüvə silahı yaratmaq istəyində olmayıb və olmayacaq:
“İran nüvə silahının güc və qüdrət anlamına gəlmədiyini də bütün dünyaya sübut edəcək. Bir millət insan resursu, bacarığı və potensialı ilə nüvə silahına arxalanan bir gücü yıxa bilər. İran xalqı bunu edəcək. Dünyadakı bəzi ölkələr elm sahəsindəki inhisarlarına son qoyulmasından qorxurlar və onların İran xalqına qarşı kampaniyaları da bundan qaynaqlanır. Zorakılıq üçün elmdən istifadə etmək insanlığa qarşı ən böyük cinayətdir. Xalqlar müstəqil şəkildə nüvə, hava-kosmos, texnologiya, sənaye və digər sahələrdə uğur qazanarsa, artıq güclü dövlətlərin zorakılıq edəcəyi sahə qalmaz”.

Ali dini lider hesab edir ki, bir sıra dövlətlərin əsl məqsədi İranın elm və texnologiya sahəsindəki uğurlarını əngəlləməkdir.
Onun sözlərinə görə, həmin ölkələrin hakimiyyət orqanları İranın nüvə silahı yaratmaq niyyətində olmadığını yaxşı bilirlər:
“İran düşüncə, baxış və fikir baxımından nüvə silahına sahib olmağı böyük günah kimi qəbul edir. Belə silahların saxlanılmasını da mənasız, zərərli və təhlükəli sayırıq”.

Seyid Əli Xamneyi İrana qarşı təzyiq, təcrid, təhdid və terrorun nəticə verməyəcəyini, elm və texnologiya sahəsində uğurların davam edəcəyini dilə gətirib:
“İranın nüvə enerjisi sahəsindəki fəaliyyəti Qərb tərəfindən bir bəhanə kimi istifadə edilir. Sanksiyalar İranda İslam İnqilabının qalib gəlməsindən bəri var. Onların əsas problemi müstəqil olmağa, zülmə qarşı çıxmağa və bu mübarizəni bütün millətlərə çatdırmağa qərar verən İran xalqı ilə bağlıdır. Allahın yardımı və öz daxili potensialına güvənən bir millətin qarşısını heç bir güc kəsə bilməz”.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Seccad
27.02.2012 19:54
<<<<<<<<<>>>>>>>>>
ALLAH TEALA vicuduvu bi bela etsin INSALLAH AGACAN............ ALLAH TEALA ozu bilir indi sen nece teksen.tenhasan ele baban IMAM HUSEYN (E)kimi.........ALLAH TEALANIN salami olsun sene ve senin asiqlerine..........
Allahin Qulu
23.02.2012 01:09
Vilayet Gunewi Allahin Sonmez Nurudur
Vilayet gunewi Allahin sonmez nurudur.
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768