اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Namaz qılarkən, üzərimizə it saldılar”

Yayım Tarixi: 18.01.2012 15:55
Araşdırma
Yazı ölçüsü: büyüt küçült         

haber
Bu gün Türkiyədə böyük qalmaqala səbəb olan generalların həbsi nədən qaynaqlanır?

Bu sual yəqin ki, çoxlarını düşündürür. Belə ki, indiki AKP iqtidarı 12 sentyabrda 1980-ci ildə dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirmiş hərbiçiləri bir-bir həbs edir. Onlar dövləti zorla devirməkdə ittiham olunurlar. Əslində isə bu hadisə zamanı bir çox cinayətlər baş verib.  

İslamazeri.az-ın Türkiyənin “haber7” saytına istinadən verdiyi məlumata görə, çevriliş vaxtı hərbi məhkəmənin edam etdiyi idealist Mustafa Pehlivanoğlu adında bir şəxsi qorumaqda ittiham edilərək,  qorumaqdan 7 il həbsxanada qalan Teymur Ködör, gənc yaşında gördüyü işgəncələri unuda bilmir.      

21 yaşında olarkən Ankara Hüquq Fakültəsinə daxil olan Teymur Ködör, 14 avqust 1980-cı ildə “Mamak” həbsxanasından qaçan, tanımadığı idealist Mustafa Pehlivanoğlu ilə Kütahyada avtomobildə tanış olur. Onun günahsız olduğuna inanır və onu qorumaq üçün Çalköyündə bir dostunun evinə aparır. Avqustun 15-də 150 əsgər, 20 polis tərəfindən həbs edilərək vertolyotla “Mamak” həbsxanasına aparılır. Pehlivanoğlunu qorumaqdan və tanımadığı kəslərin əsassız ifadələri üzündən 7 il həbsxanada yatır. Üzərinə atılan 32 cinayətin 30-dan bəraət, 2-i qanunvericilikdə dəyişəndən sonra azad edilir. Nahaq  yerə 2 il Eskişehir hərbi, 5 il də “Mamak” həbsxanasında yatan Ködör, yaşadığı bir hadisəni belə xatırlayır:   "Həbsxanada olarkən bir gün əsgərlər bizdən səccadə, təsbeh, Qurani- Kərim, dini kitabları aldılar. Bizə artıq azan oxumaq, namaz qılmaq qadağan edildi. Kamerada olan 70 nəfərdən 45-i namaz qılan idi. Qadağalara baxmayaraq biz namazımızı qılmağa davam edirdik. Bir gün yenə camaat namazı qılarkən əsgərlər kameraya girib itləri üzərimizə saldı, bizi dəyənəklərlə döydülər. Bu mənə çox pis təsir etdi. Bir insan ibadətini etdiyi üçün vəhşicə hücuma uğrayarmı? Yaşananlar qarşısında insanlığımdan utandım. Hər şeyi unutsam bunu unuda bilməm." 12 sentyabrın, gələcəyini qaraltdığını bildirən Ködör, uşaqlıq arzusu olan Ankara Hüquq Fakültəsinə daxil olmasına baxmayaraq Universitetə buna görə gedə bilmədiyini dilə gətirir. "Əməyimi, arzularımı “Mamak” həbsxanasında buraxdım" deyən Ködör, hərbi məhkəmədə mühakimə olunduğunu bildirir. "Hakim olmaq, haqsızlıqların qabağına keçmək istəyirdim. 12 sentyabrçılar xəyallarımı dağıtdı." Ködör, “Mamak” həbsxanasının müdiri Polkovnik Raci Tefik ilə vəzifəli əsgər və gözətçilərin də mühakimə olunmasını istəyir.  

  “İtə salam verməyə məcbur edilirdik”  

12 sentyabr çevrilişi tərəfindən, tələbə aksiyalarına qatıldığına görə, Diyarbəkir həbsxanasında işgəncə görən həkim Sinan Olcan, insan qürurunu ayaqlar altına alan rəftarlara məruz qaldıqlarını ifadə edir. Olcan, insan nəcisi yedirildiyini, bəzi günlər 8 saat dəyənəklə döyüldüyünü, üzərinə itlərin salındığını, Co adlı bir itə yüzlərlə dəfə salam verməyə məcbur edildiklərini, isti daş üzərinə yatırdıldığını və bir yoldaşının gözləri qarşısında öldürüldüyünü bildirir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768