اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“SOCAR” da dava düşdü, sürücü döyüldü

Yayım Tarixi: 03.02.2012 16:52
Hadisə
Yazı ölçüsü: büyüt küçült         

haber
Bakı-Qazax magistralının 75-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığındakı “SOCAR” yanacaqdoldurma məntəqəsində dava düşüb

Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən verilən məlumata görə, 1977-ci ildə Ağdam rayonunda anadan olmuş və Bərdənin Lək kəndində məskunlaşmış Kərimov Elşən Nuşirəvan oğlu şikayət ərizəsi ilə müraciət edib. 

35 yaşlı E.Kərimov bildirib ki, gecə saatlarında avtomobilə yanacaq doldurmaq məqsədi ilə yanacaqdoldurma məntəqəsində ora daxil olub. Bu zaman sürücü avtomobilin mühərrikini söndürmədiyinə görə, mühafizəçilər ona irad tutub. Sürücü yenə mühərriki söndürməyib. Nəticədə mühafizəçilərlə E.Kərimov arasında dava düşüb. Yanacaqdoldurma məntəqəsinin işçiləri sürücünü döyüb və o müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib.

Faktla əlaqədar araşdırma aparılır.


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768