Bunu ali dini lider Ayətullah Seyid Əli Xamneyinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvi deyib.
Səfəvi Suriyaya qarşı Türkiyə və bəzi ərəb ölkələrinin münasibətini tənqid edərək bildirib ki, ABŞ öz mənafeyi üçün bu ölkələrdən istifadə edir: “ABŞ regionda baş verən hadisələrin İrana qarşı yönəltmək üçün Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərdən istifadə edir. Bəzi məlumatlara görə, Qətər hökuməti Suriyaya problemlər yaratmaq üçün Ankaraya milyardlarla dollar yardım edib. Türkiyə və ərəb ölkələrinin Suriyaya qarşı apardıqları siyasət gələcəkdə onlar üçün problem yaradacaq”. \apa\
islamazeri.az