اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Yevravijın”a gedən yolumuz (Məqalə)

Yayım Tarixi: 14.01.2012 15:23
Məqalə
Yazı ölçüsü: büyüt küçült         

haber
Bu il ölkəmizdə çox “mühüm” bir ildir. Dövlət əl-qolunu çırmayıb “Yevravijın”a hazırlaşır. Avropadan gələcək “geyləri”, lütləri qarşılamağa.

Hələ ötən il Azərbaycanı bu “müsabiqədə” təmsil edən cütlüyün “qalibiyyətindən” sonra küçələrə axışanlar maşınların üstünə çıxaraq soyunub özlərini nümayiş etdirərək bayram edirdilər. Düzdür onların bayramı idi. Amma internetdə yayılan bir kadrda mənim diqqətimi çəkən bir məqam oldu. 3-4 nəfər maşının “lükundan” çıxaraq əyinlərində olan yarımparçanı da soyunaraq özlərini nümayiş etdirirdilər. Bu belə...

“Yevravijın”nın ilk qurbanları evindən didərgin salınan əhali oldu. Burda “Yevravijın” üçün bina tikəcəyik deyib camaatı öz evindən çıxardılar ki, get harda istəyirsən yaşa. Hətta bu hadisəyə etiraz olaraq Avropa ölkələrinin bir neçəsi “Yevravijın”dan imtina etdi, bunu biabırçılıq adlandırdı.Bir neçə gün öncə isə “Yevravijın”nın şərəfinə Bakıda “geylərin” paradının təşkil ediləcəyi barədə xəbərlər yayıldı. Əgər söz atılıbsa yəqin ki, bunu eləmək fikirləri var. İndi cəmiyyətdə bu hadisənin necə qarşılanacağını yoxlayırlar.

Bu yerdə bir haşiyə çıxmaq istəyirəm. Avropa Şurasının iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvlərindən biri onunla ilk dəfə iclasa gələn xanım həmkarına ilk iki gündə iclasda iştirak etməməyi və çıxıb şəhərdə gəzməyi təklif edib. Hələ məsələdən agah olmayan və vətənpərvərlik nümayiş etdirən xanım isə “bura gəzməyə gəlməmişik” deyib iclasa gedir. Heç bir saat keçmir ki, həmin xanım həmkarına zəng vuraraq iclası tərk etdiyini bildirir. Sən demə Avropa Şurasının ilk iclası “geylərin hüquqlarının müdafiəsinə” həsr olunurmuş. Çünki həmin Şuranın sədrinin özü də “geydir.” Odur ki, “Yevravijın” da bu üzdəniraqlara məxsusdur.İndi bizim hökumət elə bilir ki, avropalılar Azərbaycana gəlib görəcək və tanıyacaq. Bu da ölkənin Avropaya inteqrasiyasını sürətləndirəcək. Amma onsuz da Avropanın özündə belə səviyyəsiz hesab edilən bu “müsabiqəyə” bu qədər canfəşanlıq göstərmək nəyə görədir görəsən?


Bu vaxta qədər ölkədə nəqliyyat sektorunda nağdı pula işləyənlərin yadlarına niyə plastik kartlar düşmürdü? Yaxud demək olar ki, əksər insanların çörək yeri olan taksiləri yığışdırıb yerinə İngiltərə adı ilə soxuşdurulan “kitayiski” taksiləri buraxaraq avropalıların yanında hörmət qazanmağa çalışırlar?Guya avropalılar o qədər mədənidirlər ki, birdən bizim ölkədə köhnə taksi görsələr bizi mədəniyyətsiz hesab edəcəklər. Amma Avropanın özündə mədəniyyət deyilən şey yoxdur. Hələ bu zonanın “avanqardı” sayılan fransızlar bir neçə gün öncə internetdə yayılan videoda dükanlarda edilən endirimə görə “jalüz” açılan kimi yerlə sürünüb elə mallara cumurdular ki, bizim Sumqayıtdakı fəhlələrin yemək vaxtı yeməkxanaya qaçması onun yanında toya getməli idi. İndi mədəniyyətdən bixəbərlər gəlib bizdə mədəniyyətsizlik axtaracaq? Axı bizim xalqımıza nə olub ki? Hər zaman hər bir mədəniyyətli olmuşuq. Bütün Avropanı bir yerə yığsan da bizim xalqın mədəniyyətinə, zəngin tarixinə çata bilməz. İndi görəsən biz bu qədər pis olduq ki, özümüzü avropalılara “güldürməkdən” qorxuruq?

P.S. Başımıza onda Allahın yekə bir daşı düşdü ki, məqsədyönlü şəkildə Azərbaycanı “Yevravijın” “qalibi” etdilər. İndi bunun sonu necə olacaq bilmirəm. Bircə şeydən narahatam. O da düşmənimiz ermənilərin “Yevravijında” “Sarı gəlin”i oxuyaraq “qalib” gəlməyindən. Bax onda başımıza haranın külünü tökəcəyik görəsən?

Əli Cəfəri

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

2 » 
Zehra
17.01.2012 00:07

unutmayin ogun ki gunah elemirsiz suzin bayraminiz ogundur
Zehra
17.01.2012 00:06

evrovision musabiqesinde qalib gelende adlarini muselman adlandiran vetandaslarimiz kafirin elemedikleri hereketleri elediler allahi unutdular bayram elediler
Ulvi
16.01.2012 21:02
Yevrovizion
men bir azeribaycan vetendasi olaraq istemerem ki bizim medeniyyetimize ve exlaqimiza soz atsinlar amma duzdur yevravijinda qalib geldik sevindiricidir yalniz unutmaq olmaz ki biz bir muselmaniq ve muselmanin medeniyyetine hec bir quvve tesir ede bilmez ALLAH AZERIBAYCANIN VE HEQIQI MUSELMANLARIN KOMEYI OLSUN.!
Elshad
16.01.2012 19:06
Ar Olsun Musalman Lut Govmina
Peyğəmbər(s) buyurur:ummatim ucun ən qorzduxğum şey, lutun tayfasinin əməlidir.ar olsun 20%ishkal altinda torpaqlari olan mamlakata shahid Mubariz shahid Farid kimi fadaisi olan mamlakata hala bu lut qovminin paradi bizim xalqa azdi cunki quranda buyurulur: biz zalim qovma zalimlari musallat edarik. biz bu gun ela bir ucuruma dogru gedirik bu gun gey parad sabah qadinlarin lut shakilda paradi olacaq digar ayada Allah buyurur :agar bir xalq özu özunu dəyişmak istamasa hec kas onu dayisha bilmaz
Fatime
15.01.2012 14:26
Evrovision
Allahdan en cox bu il isdedyim bir seydiki azerbaycanda yevravisin olmasun bizim miletin biraz abri heyasi var onuda alacaqlar
Nasir Faracullah
15.01.2012 00:53
Komek Et Ay Allah
kash bu il bir mocuze olaydi ki bu plan bash tutmayaydi Allahim komek et bu musubetden cixaq bu exlaqsiz tedbir bash tutmasin bu pozgunlar sheherimize gelmesinler Ilahi Amin.
Firudin
14.01.2012 23:26
Allah Bizi Gorusun
Bizim vetenimizin 25 faizi yuzlerle esirlerimizin dusmen elinde saysiz hesabsiz sehidlerin ganlari gurumadigi halda. Bu millete calib oynamag yarasarmi? Butun xalgim bilmelidiki Azarbaycanda Azarbaycanlilar terefinden bizim mlletimiz numayis olunmaqdadir. Cox agir olsada izhar edmeliyem ki ar olsun. Bu belalrdan feget Allaha siginib dua edeyin. ILAHI SENE AND VERIRIK IZZETI CELALUVA NAMUSMUZU BI ISMET NAMUSSUZ ELINDE AVARE ELEME. AMIN
2 » 
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768