اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Zülm daimi olmaz!”

Yayım Tarixi: 20.10.2011 13:49
Müsahibə
Yazı ölçüsü: büyüt küçült         

haber
Vəkil Güldən Sönməz: “Biz “Mavi Mərmərə” cinayətində iştirak etmiş bütün şəxslərin həbsinə nail olacağıq”

Xəbər verdiyimiz kimi, İHH İnsani Yardım təşkilatının rəhbəri də daxil olmaqla bir heyət Azərbaycandadır. İki gün öncə heyət üzvləri redaksiyamızda oldu. Redaksiyamızda qonaq olan İHH İdarə Heyətinin üzvü, qurumun vəkili, ötən il baş vermiş “Mavi Mərmərə” basqını zamanı gəmidə olan hüquqşünas Güldən Sönməzlə söhbət etdik.Güldən xanım hazırda “Mavi Mərmərə” olayları ilə bağlı aparılan məhkəmə kampaniyasının koordinatorudur. Onunla “Mavi Mərmərə” sonrası hüquqi müstəvidə aparılan fəaliyyət haqda söhbət etdik.

- “Mavi Mərmərə” olaylarından sonra İsrailə qarşı bir hüquq mübarizəsi başlatmısınız. Hazırda bu istiqamətdə işlər necə gedir?

- İlk növbədə biz bu hadisədən sonra yardım kampaniyasının təşkilatçısı və şəhid yaxınları olaraq Haaqada yerləşən beynəlxalq hərbi tribunala müraciət etdik. Məhkəmədən başda İsrailin baş naziri Benyamin Netanyahu olmaqla “Mavi Mərmərə” olaylarında əli olan, eyni zamanda iştirakçı olan bütün şəxslərin cəzalandırılmasını tələb etmişik. “Mavi Mərmərə” gəmisi beynəlxalq sularda hücuma məruz qalıb. Beynəlxalq konvensiyalara əsasən heç bir dövlətin beynəlxalq sularda başqa dövlətin gəmisinə hücum etmək haqqı yoxdur. Normal halda bu hadisə müharibə üçün səbəb ola bilər. İsrail hakimiyyəti bir müharibə cinayəti işləməklə yanaşı dinc insanların əsir alınması, işgəncəyə məruz qalması, yardım mallarını dağıtmaqla cinayətə əl atıb. Eyni zamanda 9 nəfər dinc insan qətlə yetirilib, 50-dən artıq insan isə yaralanıb. Bu qanlı olayı İsrailin silahlı qüvvələri həyata keçirib. Hazırda Beynəlxalq Məhkəmədə istintaq araşdırmaları davam edir və biz tələblərimizdə israrlıyıq. Bütün dəlilləri məhkəməyə təqdim etmişik. Türkiyə, İspaniya, Belçika və İngiltərədə gəmi basqınında iştirak etmiş və ya bu hadisəni koordinasiya etmiş İsrail hərbçiləri və dövlət rəsmilərinin mühakimə olunması ilə bağlı yerli məhkəmələrdə iddia qaldırmışıq. Artıq bununla bağlı Türkiyədə məhkəməsi Netanyahu, Liberman və bu əməliyyatda iştirak etmiş israilli hərbçilərin saxlanması və məhkəməyə çıxarılması ilə bağlı qərar verilməsi ərəfəsindəyik. Hazırda Türkiyədə bu istiqamətdə iş davam edir, şəhidlərin cəsədlərinin tibbi ekspertizası tamamlandı, ballistik ekspertizanın nəticələri hazırlandı. Bütün bunlar digər sübutlarla birlikdə məhkəməyə təqdim olunub. Biz istəyirik ki, ən yuxarı rəhbərlikdən əməliyyatda iştirak etmiş sıravi əsgərə qədər cinayətdə iştirak etmiş bütün şəxslər barədə həbs qərarı çıxarılsın. Bu insanlar İnterpol tərəfindən saxlanılaraq Türkiyə məhkəməsinə təhvil verilsin və onlar Türkiyə məhkəməsi tərəfindən mühakimə olunsun. Bu istiqamətdə çalışmalarımız davam edir. Gözləyirik ki, yaxın günlərdə məhkəmə həbs qərarı çıxaracaq. Bu istiqamətdə çalışan xeyli hüquqşünasımız var, istər yerli məhkəmələrdə çalışan, istərsə də beynəlxalq hüquq mütəxəssislərimiz var. Hazırda dünyada başladığımız kampaniyanı davam etdirən 100-dən artıq hüquq mütəxəssisimiz var.

- Avropadan və ya hansısa digər ölkələrdən sizin bu kampaniyaya qoşulanlar varmı?

- Demək olar ki, əksər ölkələrdən var. Bildiyiniz kimi, “Mavi Mərmərə” gəmisində 36 ölkədən insanlar var. Eyni zamanda bu ölkələrdə yüzlərlə QHT, media quruluşları və xalq kütlələri bizi dəstəkləyirdi. İndi də bu dəstək artmaqda davam edir. Latın Amerikasından Asiyaya, Afrikaya qədər bütün qitələrdən dəstək gəlməkdə davam edir. Həm hüquqi müstəvidə, həm də Qəzza blokadasının yarılması üçün dəstəklər verilir. Türkiyə hökuməti də bizi dəstəkləyir. Ankaranın 3 tələbi var - üzr istənilməsi, şəhid ailələrinə təzminat ödənilməsi və Qəzza blokadasının qaldırılması. Bu olmadıqda İsrail-Türkiyə münasibətlərinin normallaşmayacağı bildirilir. Amma şahid ailələri və olayda zərər görmüş insanlar üçün daha bir mühüm nöqtə var: bu əməliyyatı başlamaq əmri verən və icra edənlərin ədalət mühakiməsində cəzalandırılması.

- Türkiyə hökumətinin İsraildən etdiyi tələblər yerinə yetirilməyəcəyi təqdirdə B planının olduğu açıqlandı. İsraillə diplomatik əlaqələr zəiflədildi, səfir geri çağırıldı və sair. Ankaranın addımları sizi qane etdimi?

- Türkiyə hökumətinin B planının nə olduğunu dəqiq bilmirəm. Çünki rəsmən elan etmədilər. Ancaq bir məqamı deyə bilərəm ki, Türkiyə xalqı bizi dəstəkləyir. Hökumət də bilir ki, Türkiyə haradasa savaşa səbəb ola biləcək bir münasibətlə üz-üzədir. Bunun qarşısında İsrailin bu qədər zaman verilməsinə baxmayaraq manevr edərək tələblərə əməl etməkdən imtina edir. Düşünürəm ki, İsrail tezliklə geri çəkilib Qəzza blokadasını ləğv etməszə və üzr istəyib təzminat ödəməsə, o zaman Türkiyə hökuməti İsrailə qarşı daha sərt qərarlar verəcək. Çünki Türkiyə xalqının 90 faizi bu prosesdə hökuməti dəstəkləyir.

- Bu il Qəzzaya ikinci yardım donanmasının göndərilməsi qərara alınmışdı. Ancaq Avropanın bir sıra ölkələri bu kampaniyaya mane oldu. Belə göründü ki, bir çox ölkələr İsraillə problem yaratmamaq üçün öz vətəndaşlarını çəkindirir. Bu, sizi narahat etmir ki?

- İsrail hakimiyyəti Qəzzaya ikinci bir yardım donanmasının getməməsi üçün çox çalışdı. İsrail nümayəndə heyəti bir-bir ölkələrə gedərək danışıqlar apardı, təzyiq göstərdi. Ancaq bi şey unudulmamalıdır ki, qeyri-hökumət təşkilatları hökumətlərə bağlı qurumlar deyil və onların qadağalarına tabe olmur. Əslinə qalsa Qəzzaya birinci yardım donanması hazırlananda da çox təzyiqlər olmuşdu. Ancaq biz bu təzyiqlərə boyun əymək fikrində deyilik. Təbii ki, bu təzyiqlərin təsiri var. Məsələn, bu ilin yayında yardım gəmiləri Yunanıstandan səfərə çıxanda yunan polisi mane oldu, limanı mühasirəyə aldı. Amma İsrail də bunu bilməlidir ki, hökumətlər hər şey demək deyil. Biz “ərəb baharı”nda da bunun şahidi olduq. Bir il əvvəl biz Qəzzaya yardım aparanda Misir polisi bizə mane olurdu. Onlar bunu öz iradələri ilə etmirdi, Hüsnü Mübarəkin əmri vardı. Ancaq bu gün Misirdə artıq Mübarək yoxdur. Zülm daimi olmaz.

- İsrail təbliğatı belə kampaniya apardı ki, Qəzza karvanı humanitar kampaniyadan çox siyasi məqsədlidir. Humanitar yardım görüntü xatirinədir. Siz Qəzzada və proseslərin içində olan bir insan kimi deyə bilərsiniz: doğrudanmı Qəzzaya yardım bu qədər vacib lazımdır?

- Təbii ki, bu kampaniyanın fərqli nəticələri ola bilər. Amma bir məsələ var ki, Qəzza dörd bir tərəfdən mühasirə altında qalan bölgədir. Nə qurudan, nə də dənizdən bu bölgəyə daxil olmaq mümkün deyil. Ərzağa, dərmana, tibb ləvazimatlarına və digər mallara ehtiyacları böyükdür. İHH-in bir özəlliyi var ki, biz heç bir cəmiyyətin yardıma möhtac halda yaşamasını istəmirik. Heç bir insan yardıma möhtac halda yaşamamalıdır. Bu siyasətə qarşıyıq. İndi deyirlər ki, İsraildən giriş qapısı var, oradan gedə bilərlər. Amma biz deyirik ki, nədən insanlar azadlıqlarından məhrum edilərək başqa bir ölkənin istilası altında qalmalıdır...

musavat.com

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768