Tətil və yürüşə qoşulanlar özəl sektorda aparılan islahatlara qarşıdır
Yunanıstanın paytaxtı Afinada hökumətin son iqtisadi islahatlarına qarşı etiraz əlaməti olaraq tətil elan edilib. Metro bağlanıb, digər ictimai nəqliyyat vasitələri isə fasilələrlə işləyib. Bu dəfə özəl sektorda islahatlara qarşı tətil edənlər isə zavod işçiləri, jurnalistlər, bank işçiləri və müəllimlərdir. Tətil yalnız Afina və ətraf əraziləri əhatə edib.
Bu arada Afinada tətil edənlər şəhərin mərkəzində yürüş keçiriblər. Yürüşdə 10 minə yaxın adam iştirak edib. Onlar özəl sektorda əmək haqlarının azaldılması ilə nəticələnəcək mümkün islahatlara qarşı şüarlar səsləndiriblər.
Qeyd edək ki, bu həftə həmkarlar ittifaqları və iş sahibləri arasında danışıqlara başlanılacaq. İş yerlərinin azaldılması və ixtisarlara səbəb olan sərt iqtisadi tədbirlər müzakirə olunacaq.
islamazeri.az