اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

102 yaşında baxçaya çağırıldı

Yayım Tarixi: 06.02.2012 17:14
Hadisə
Yazı ölçüsü: büyüt küçült         

haber
Belçikada bənzərinə indiyə qədər rast gəlinməyən bir hadisə yaşanıb

İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 102 yaşlı bir vətəndaş iki həftə içərisində baxçaya başlaya biləcəyi haqqında dəvət məktubu alıb.

Yaşadığı qəsəbənin ən yaşlısı olan Jozef Hermans adlı Belçikalı şəxsə göndərilən dəvət məktubunun ünvanının düzgün, zamanlamasının isə səhv olduğu ortaya çıxıb.

102 yaşlı qocanın ana atasına xitabən "Uşağınız yaxında 2,5 yaşını girəcək. Bu vəsilə ilə 27 Fevralda baxçamızda təhsilə başlaya bilər." yazılmış mesajı alanda gözlərinə inana bilməyib. Əvvəl bir zarafat olduğunu düşünən yaşlı adam, ünvan və adların doğru olduğunu görəndən sonra qızını xəbərdar edib. 102 yaşlı kişi məktəb idarələrinə 100 illik səhvi izah edərək baxçaya getməkdən xilas olub.

Belçikada 2,5 yaşına çatan hər uşağın baxçaya başlama haqqının olduğunu bildirən qəsəbənin Bələdiyyə sədrinin müavini Liefde Govaerts, "Uşaqların əvvəlcədən hər hansı bir baxçaya yazılmış bacı ya da böyük qardaşı yoxdursa bələdiyəmizdəki dörd baxçadan da dəvət məktubu göndərilir. 2,5 yaşına girən uşaqlar doğum tarixlərinə görə avtomatik olaraq təyin edilir. Ehtimal ki, Jozef Hermans hadisəsində doğum ili olaraq 09 qeyd edilib. Halbuki o, 2009 yerinə 100 illik fərqlə 1909-cu ildə dünyaya gəlmişdir. Edilən texniki səhv ancaq gülümsəyə səbəb ola bilər” deyə bildirib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768