اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

13 PKK terrorçusu məhv edilib

Yayım Tarixi: 09.02.2012 13:43
Region
Yazı ölçüsü: büyüt küçült         

haber
Türkiyənin cənub-şərqindəki Bingöl və Hakkari rayonları ərazisində PKK terror təşkilatına növbəti ağır zərbə endirilib

Hüquq-mühafizə orqanlarına bir qrup PKK-çının qışı keçirmək üçün Bingöldəki dağlıq əraziyə gəldiyi haqda məlumat daxil olub. Hərbi helikopterlərin dəstəyi ilə təhlükəsizlik qüvvələri əraziyə göndərilib. Əvvəlcə terrorçulardan təslim olmaları tələb edilib. Terrorçular bu tələbə atəşlə cavab verdikdən sonra əməliyyat başlayıb. Əməliyyat nəticəsində 9 terrorçu məhv edilib, 2-si yaralı olan 3 terrorçu yaxalanıb.Hakkari ərazisində də terrorçularla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. İraq ərazisindən Hakkarinin Çukurca qəsəbəsinə daxil olan bir qrup terrorçu sərhəddəki hərbi hissəyə hücum edib. Döyüş zamanı 1 əsgər şəhid olub, 6 əsgər yaralanıb. Biri qadın olan 4 terrorçu məhv edilib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768