Bu haqda İslamazeri.az internet qəzetinə Əmrahın anası İradə xanım özü məlumat verib
Bir müddət əvvəl İslamazeri.az internet qəzetinə möminlərə yardım məqsədilə müraciət etmək üçün İradə adlı xanım müraciət etmişdi. Siz səxavətli şəxslərin yardımı ilə ona lazım olan miqdar yığıldı.
Və nəhayət 14 yaşlı Əmrah Əliyev 23 avqusda əməliyyat olunacaq.
Bu haqda İslamazeri.az internet qəzetinə Əmrahın anası İradə xanım özü məlumat verib.
Onun sözlərinə görə, 21 avqustda İran İslam Respubliasına yola düşəcəklər və 23 avqustda Əmrah əməliyyat olunacaq.
İradə xanım bir daha ona yardım edənlər və İslamazeri.az Redaksiyasına təşəkkür edərək oğlu ilə bağlı şad xəbəri ilk öncə İslamazeri.az-a deyəcəyini bildirib.
Qeyd edək ki, 14 yaşlı Əmrah Əliyev uşaqlıqda keçirdiyi xəstəlik nəticəsində beynində yaranmış problemlər səbəbilə bədəninin funksiyalarının bir hissəsini itirib.
islamazeri.az