اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

2011-ci il Azərbaycanda İslam üçün necə başladı, necə bitdi…(Video)

Yayım Tarixi: 31.12.2011 12:29
Araşdırma
Yazı ölçüsü: büyüt küçült         

haber
Bu il ərzində nələr yaşadıq…

2011-ci il İslam üçün hələ gəlməmişdən əvvəl başlamışdı. Belə ki, hələ 2010-cu ildə məktəblərdə hicaba qoyulan qadağa dindarları ayağa qaldırdı. Hələ də “Fatimeyi-Zəhra” məscidinin sökülmə məsələsi başa çatmamış hicab probleminin yaradılması dini kəsimin səbir kasasını doldurdu. Bu vaxta qədər aksiyalardan, etirazlardan uzaq olan dindarlar müsəlmanın namus simvolu olan hicabın tapdalanmasına dözə bilmədilər. Beləliklə, hələ 2011-ci il gəlmədən onun “sədası” eşidildi.



Bu hadisədən sonra yenə də hicab məsələsi həll olunmadı. 2011-ci ilin ilk günlərdə, dəqiq desək yanvar ayının 2-də Azərbaycan İslam partiyasının sədri hacı Mövsüm Səmədov hicab məsələsi ilə bağlı öz sərt mövqeyini ortaya qoydu:



Ardınca Azərbaycanda həbslər dalğası başladı. Bir-birinin ardınca ruhanilər həbs olundu zindanlara salındı. Nəhayət, may ayının 6-da yenidən “Hicaba azadlıq” aksiyası keçirildi. Bu aksiyada da dindarlar orta məktəblərdə hicaba qoyulan qadağaya etiraz etdilər.



Və yenidən həbslər… həbslər. Bu dəfə isə Ruhani Haci Tale Bağrov həbs olundu. Və 2 yanvarda başlanan həbslər dekabr ayının 23-də sona çatdı.



 Beləliklə 2011-ci ildə həbs olunan islamçılar:  

Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov - 12 il;

Quran hafizi Zülfüqar Mikayılov - 6 il sınaq, 6 il şərti cəza;

AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə - 11 il 6 ay;

AİP sədrinin müavini Vaqif Abdullayev - 11 il;

Ruhani Fəramiz Abbasov - 11 il;

Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev - 10 il;

Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il;

Ruhani Fəxri İlyasov - 3 il 6 ay;

İlahiyyatçı Həsən Məmmədov - 3 il 6 ay;

Ruhani Azər Cəbiyev - 2 il 6 ay;

Ruhani İlqar Musayev - 3 il;

Ruhani Abgül Süleymanov - istintaqı davam edir;

İlahiyyatçı Tale Bağırov - 1 il 6 ay;

İslamazeri.az-ın baş redaktoru Ramin Bayramov - istintaqı davam edir;

Arif Qəniyev - məhkəməsi gözlənilir;

hicab məhbusu Elşən Abbasov - 1 il;

hicab məhbusu Toğrul İsgəndərov - 3 il;

hicab məhbusu Məmməd Əsgərov - 3 il;

hicab məhbusu Araz İsmayılov - 2 il 6 ay;

hicab məhbusu Nurani Məmmədov - 2 il;

hicab məhbusu Rüfət Miriyev - 2 il;

hicab məhbusu Mais Abdullayev - 1 il 6 ay;

hicab məhbusu Rəşad Vəliquliyev - 1 il 6 ay;

hicab məhbusu Tərlan İsmayılov - 1 il 6 ay;

hicab məhbusu Taleh Ələkbərov - 1 il 6 ay;

hicab məhbusu Çingiz Novruzov - 1 il 6 ay;

Bülbülə ağsaqqalı, İmam Xomeyni mescidinin axundu Möhsün Novruzov - 2 il.

Dilavər Yaxşıbəyov

Elçin Hüseynəliyev

Kərbəlayi İmran

islamazeri.az




Video





  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Ramiz
19.01.2012 11:01
Allah Hamisindan Razi Olsun
ALLAHIN SALAM VE SALATI PEYGENBERE(s) VE EHLI BEYTINE (e) OLSUN. ALLAH melunlarin tezlikle belasini versin. ALLAH bunlarla bizi sinsayir. qoy yezidlik (L) elesinler.
Leyla
08.01.2012 17:55
Ya Zehra
KAFIR NAZIRLERIN HAYI GEDIB,VAYI QALIB! INWEALLAH QELEBE ISLAMIN VE HUSEYNCI MUBARIZLERINDI!!!!!
Leyla
08.01.2012 17:51

kafiir nazirlerin hayi gedib,vayi qalib! Iweallah qelebe islamin ve Huseyn yolcularinindi
Zehra
05.01.2012 18:56

heqiqetende busozlerinizle hereketlerinizle allahin dinini qorudunuz caninz bahasinada olsa dinin mudafiesine qalxdiniz imam huseyni yasatdiniz allaah sizi sevsin bu dunyada qedriniz bilinmeyecek peyqemberin yaninda xanim fatimenin hicabini qoruyanlar kimi meshur olacaqsiz ne xosbextsiz
Shelale
02.01.2012 10:52

ALLAH hicab mehbuslarini tezlikle azad etsin,insheALLAH,
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768