اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

2011-ci ilin təbii fəlakətləri (Foto)

Yayım Tarixi: 28.12.2011 13:51
Araşdırma
Yazı ölçüsü: büyüt küçült         

haber
Dünya, 2011-ci ildə böyük təbiət fəlakətlərinə səhnə oldu

İslamazeri.az-ın araşdırmasına görə, Minlərlə insanın həyatını itirdiyi, yüz minlərləsinin evindən didərgin düşdüyü fəlakətlərin ortaq nöqtəsi, insanların gələcəyə daha da pessimist baxmasına səbəb olmaları idi. Zəlzələlər, yanğınlar və sellər aradan qaldırılması çox çətin ziyanlara gətirib çıxararkən, qlobal istiləşmə, bəşəriyyəti təhdid etməyə davam edir.

Yaponiya
Mart ayında Yaponiyanı sarsıdan 9.0 bal gücündəki zəlzələ və ardından gələn sunaminin səbəb olduğu fəlakətdə, rəsmi məlumatlara görə 18 mindən çox insan həlak olub.

Avstraliya
İlin ilk böyük fəlakəti Avstraliyada yaşandı. Qitənin şərq əyalətlərini basan sel suları, Brisbane kimi böyük şəhərlər başda olmaqla Queensland əyalətindəki bir çox yerləri dağıtdı. Qasırğalar, öldürücü fırtınalar və şiddətli yağışlardan sonra sadəcə yox olmuş əkinçilik sahələri və xarabaya dönən şəhərlər qaldı.

Hindistan
Qadın işçilər, artıq bir damla suyun belə qalmadığı Hindistandakı Sabarmati çayından, tikintidə istifadə edilmək üçün palçıq daşıyır. Əhmədabad şəhərində May ayında çəkilən fotoşəkil, qlobal istiləşmənin ciddiliyini göstərən kadrlardan yalnız biridir.

ABŞ
ABŞ-ın orta əyalətlərini vuran şiddətli qasırğalar, Missouri əyalətindəki Joplin qəsəbəsini rəsmi olaraq xəritədən sildi. 80-dan çox adamın öldüyü qəsəbədə epidemiya və xəstəliklər yayılmışdı
Ayren qasırğası, avqust ayının sonunda ABŞ-ın New Jersi şəhərini vurdu.
ABŞ-ın Qərb sahilləri, yayda sellər, orta əyalətləri isə qasırğalara hədəf oldu. Texas əyaləti isə çox böyük əkinçilik sahələrini yox edən yanğınlara məruz qaldı. Bastrop şəhəri, sentyabr ayının ilk günlərində meşə yanğınlarının qurbanı oldu. New York, bu il, oktyabr ayında bir sürpriz yaşadı. İlin bu dövründə çox nadir görülən qar yağdı.

Türkiyə
Türkiyədə bu ilin ən dəhşətli fəlakəti Vanda baş verən zəlzələ oldu. Minlərlə insan həyatını itirdi, hələ də bərpa işləri davam edir.

Tayland
Sel sularıyla çarpışan ölkələr arasında Bangkok da var. Sel suları bir anda həyatı iflic edir.

Filippin
İlin ən son və ən böyük fəlakəti Filippində oldu. 2 minə yaxın insanın həyatını itirdiyi fəlakətin nəticəsində, insanlar xarabaya dönən evlərindən geriyə qalanları yığmaq üçün tərk etdikləri yerlərə geri döndü.

Qütblər
Qlobal istiləşmənin səbəb olduğu fəlakətin miqyasını göstərən ən diqqət çəkici görüntülərdən biri də NASA-a aid olan fotoşəkil. Dekabr ayında çəkilən fotoşəkildə, dünyanın, qış mövsümünün sonu və başlanğıcına aid görünüşü var. Elm adamları, qlobal istiləşmənin, dünyadakı ən böyük fəlakət olduğunu bildirir. Belə ki, qütblərdəki buzlaq nisbəti, son 32 ilin ən aşağı səviyyəsinə enmiş vəziyyətdədir.

islamazeri.az




Foto




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Shelale
30.12.2011 16:51

ALLAH komek olsun...
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768