اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

27 yaşlı gənc bıçaqlanıb

Yayım Tarixi: 25.01.2012 07:42
Kriminal
Yazı ölçüsü: büyüt küçült         

haber
Vəziyyəti ağır olan yaralının həyatını xilas etmək mümkün olub

Ötən gecə Binəqədi rayonu 8-ci mikrorayon ərazisində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 27 yaşlı Babayev Rəşad Əli oğlu daxilə nüfuz edən bir bıçaq yarası ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanaya gətirilərkən çoxlu qan itirən yaralı dərhal cərrahi əməliyyat otağına qaldırılıb. Əməliyyatdan sonra Rəşad Babayevin həyatını xilas etmək mümkün olub. 

Qeyd edək ki, yaralının huşu özündə olmadığından polislər hadisə ilə bağlı onun izahatını ala bilməyiblər. Bu səbəbdən də qanlı hadisənin təfərrüatları və dəqiq baş vermə ünvanı hələlik məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768