Mağazalarda aşkar olunmuş ərzaq malları satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında yararsız məhsulların monitorinqini davam etdirir. Nazirliyin mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, 40/48-ci məhəllə, ev 2 ünvanında yerləşən “Fuad market”də, Yasamal rayonunda H.Cavid prospekti, ev 78 ünvanındakı “Qastronom” mağazasında, Xiyabani küçəsi, ev 7 ünvanında yerləşən “Kərim market”də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.
Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 2/20 ünvanında Cavanşir Abdullayevə məxsus mağazada, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, ev 1, mənzil 137 ünvanında yerləşən “Armudlu market”də, Yasamal rayonunda Ş.Əzizbəyov küçəsi, ev Q, mənzil 1 ünvanında yerləşən “Kazbek market”də, Talıblı küçəsi, ev 201, mənzil 14 ünvanında Suqra Əliyevaya məxsus mağazada, 3-cü Yasamal küçəsi, ev 123 ünvanında Bayram Fərəcova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Quba rayonunda Qaraçay kəndində Rahim Çələbiyevə məxsus mağazada, Ağstafa şəhərində R.Əsədov küçəsində Nuru Nuriyevə məxsus mağazada, Mingəçevir şəhərində Xətai küçəsi, 22 ünvanında yerləşən “2008 market”də, H.Əliyev prospekti, 66/25 ünvanındakı “Babək market”də, Füzuli rayonunda Şükürbəyli kəndində Pərviz Abdullayevə məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 270 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
islamazeri.az