Yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak malları bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən İslamazeri.az verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Nərimanov rayonunda H.Əliyev prospekti, 101A ünvanında yerləşən “Rövşanə market”də, Ü.Bünyadzadə küçəsi, ev 17 ünvanındakı “Makro market”də
saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.
Həmçinin Nərimanov rayonunda Ə.Vahid küçəsi, ev 10, mənzil 12 ünvanında Əfəndi Əzizova məxsus mağazada, Ə.Əlizadə küçəsi, ev 42/9, mənzil 19 ünvanında Sadiqə Abdullayevaya məxsus mağazada, H.Əliyev prospekti, ev 101A ünvanındakı “VM market”də,
Nizami rayonunda Q.Qarayev prospekti, ev 68, mənzil 47 ünvanında yerləşən “Qrand market”də, R.Rüstəmov küçəsi, ev 3 ünvanında Yusif Məhərrəmova məxsus mağazada,
Binəqədi rayonunda Azadlıq prospekti, 184 ünvanındkı “AS market”də, 8-ci mikrorayon, ev 18 ünvanında Sabir Babanlıya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Şəki şəhərində M.Ə.Rəsulzadə küçəsi, ev 154 ünvanında Fuad Abbasova məxsus mağazada,
Sumqayıt şəhərində 5-ci mikrorayon, ev 57/3 ünvanında Nadir Həsənova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.
Ağdaş rayonunda H.Əliyev prospektində Gündüz Məmmədova məxsus mağazada, M.Ə.Rəsulzadə küçəsində Fuad Zeynalova məxsus mağazada, Goranboy rayonunda Goran 4 yol ünvanında Nəriman Süleymanova məxsus mağazada, Ağdam rayonunda Quzanlı qəsəbəsində Bəylər Zülfüqarova məxsus mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.
Ümumilikdə, monitorinqlər zamanı 290 kq-a yaxın yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
islamazeri.az