اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

300 dollarlıq tablet

Yayım Tarixi: 03.02.2012 16:45
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
1.2 GHz prosessorla çalışan WAY-C 512 MB RAM, 4 GB daxili yaddaşa və Android əməliyyat sisteminə sahibdir

İslamazeri.az İnternet Qəzetinin "viennaos"-a istinadən verdiyi xəbərə görə, Afrikanın ilk tableti ictimaiyyətə təqdim edilib.
25 yaşındakı Konqolu ixtiraçı Verone Mankou tərəfindən hazırlanan bu tablet WAY-C ("Parlayan Ulduz") adlandırılıb.

1.2 GHz prosessorla çalışan WAY-C 512 MB RAM, 4 GB daxili yaddaşa və Android əməliyyat sisteminə sahibdir.
WAY-C-nin funksiyalarının digər tabletlərdən o qədər də fərqlənmədiyini deyən gənc ixtiraçı bildirib ki, hələlik ölkəsində istehsal üçün şərait olmadığı üçün kütləvi istehsal Çində aparılır və hətta bu məqsədlə Konqonun Sənaye Nazirliyi tərəfindən yardım da ayrılıb.
WAY-C-nin satış qiyməti olaraq 300 dollar müəyyənləşdirdiklərini bildirən Mankou daha sonra qeyd edib ki, bu məbləğ WAY-C rəqiblərindən 5 dəfəyədək ucuzdur.
Onun sözlərinə görə ən böyük arzusu gələcəkdə istehsal edəcəyi tabletləri məşhur markalarla bir rəfdə görməkdir.
Bundan başqa Veron Mankounun bildirib ki, növbəti hədəflərində mobil telefon istehsalı gəlir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768