Finlandiyada dərc olunan “MikroPC” jurnalı telefonların soyuğa dayanıqlılığını test edib
İslamazeri.az-ın “AA”-ya istinadən verdiyi xəbərə görə, Avropadakı soyuqlardan yüzlərlə insanın həyatını itirdiyi bu günlərdə telefonların soyuğa dayanıqlılıq testlərindən maraqlı nəticələr ortaya çıxıb.
Testə görə ağıllı telefonlar arasında soyuğa ən çox müqavimət göstərən model Samsung GalaxyS II olub.
-30 dərəcədə belə düzgün işləyən Galaxy S II yalnız -35 dərəcədə problem yaradıb.
Gündəlik həyatda ən çox istifadə edilən İPhone modelləri arasında ilk problem yaradan isə İPhone 4S modeli olub.
Test əsnasında -5 dərəcədən etibarən Sim Card səhvi verən 4S modeli kimi Nokia N9 da batareyanının boşaldığı məlumatını göstərir.
-10 Dərəcədə İPhone 4S artıq işləmir və digər ağıllı telefonlar -15 ilə -20 dərəcə arasında işləmir.
Mütəxəssislər, çox soyuq havalarda telefonların istifadə edilməməsini tövsiyyə edir.
islamazeri.az