اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Ağdamda yeni arxeoloji materiallar tapılıb

Yayım Tarixi: 11.02.2012 11:07
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
Aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanmışdır.

İslamazeri.az İnternet Qəzetinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutun mətbuat xidmətinə əsasən verdiyi xəbərə görə, Qarabağ ekspedisiyasının rəhbəri professor Hidayət Cəfərov bildirmişdir ki, Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda e.ə. XII-XI əsrlərə aid daha bir neçə torpaq qəbir aşkar edilmişdir.
Heç bir yerüstü əlamətə malik olmayan qəbirlər qadına, kişiyə və yeniyetməyə məxsusdur.
Ölülər sol və ya sağ yanı üstə bükülü vəziyyətdə, ayaqları dizdən qatlanmış halda, başları əsasən qərbə olmaqla dəfn olunmuşlar.
Aşkar olunmuş qadın qəbri daha maraqlıdır. Onun sümüklərinin ümumi ölçüsü 190 santimetrdən çoxdur. Yanında müxtəlif tipli keramika nümunələri, boynunda 600-ə yaxın müxtəlif ölçülü, üçbucaq, uzunsov, piramida, silindir və s. formada muncuqlar, qulaqlarında tuncdan sırğalar, sırğanın içərisində əqiq muncuq, biləyində lentvarı, üstü bəzəkli bilərzik, barmaqlarında isə tuncdan üzüklər vardır.
Qəbirlərdən birində 10-a qədər saxsı qab, digərində isə müxtəlif qablar və dəmir xəncər tiyəsi tapılmışdır.
E.ə. XII-XI əsrlərə aid qəbirdə dəmir alətin çıxması mühüm tapıntıdır.

Xocalı-Gədəbəy mədəniyyətinə aid bu tapıntılar qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin inkişafını təsdiqləyir.
Keramikanın müxtəlifliyi, su saxlamaq üçün qablar, ağızları gülvari əyilmiş qablar, nehrə və onun miniatürü, nehrənin ağzına qoyulan tıxac, muncuqlar sənətkarlığın inkişafından, saxsı qabların üzərindəki nəbati, həndəsi naxışlar insanların dünyagörüşündən xəbər verir.

Professor Hidayət Cəfərov deyir ki, Qarabağ bölgəsində Azərbaycan arxeoloqlarının səyi ilə paleolit, eneolit, tunc, dəmir dövrlərinə, habelə antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq dünya elmi ictimaiyyətinə çatdırılmışdır.
Bütün bunlar ərazidə yaşayışın davamlı olaraq mövcud olmasını göstərir.
Qarabağda aparılan arxeoloji qazıntılar həm qədim tariximizin öyrənilməsi baxımından, həm də Qarabağ tarixini özününküləşdirməyə çalışan ermənilərə cavab baxımından əhəmiyyətlidir.Hazırda cəbhə bölgəsindəki arxeoloji abidələrin yoxlanılması və yeni abidələrin aşkar edilməsi məqsədi ilə Ağdam rayonunun Əhmədağalı, Zəngişalı, Qaradağlı, Sarıcalı, Evoğlu, Əfətli və sair kəndlərində kəşfiyyat işləri aparılır.
“Palıdlı” nekropolu ilə yanaşı, digər ərazilərdə də aparılan tədqiqatlar Qarabağın zəngin tarixinə yeni töhfələr verəcəkdir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768