اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

AİP Xocalı soyqırımı ilə bağlı konfrans keçirib

Yayım Tarixi: 22.02.2012 14:32
Azərbaycan
Yazı ölçüsü: büyüt küçült         

haber
Qocalar, qadınlar və uşaqlarımızın meyyitlərini bizə təhvil verən bir millətin mütləqdir ki, cavabı verilməlidir

  Bu gün “Xocalı” soyqırımının il dönümü ilə əlaqədar Azərbaycan İslam Partiyası konfrans keçirib. FaktXeber.com-un verdiyi məlumata görə, konfransda ölkənin tanınmış ictimaiyyət və media nümayəndələri iştirak edib. İlkin olaraq tədbiri giriş sözü ilə açan AİP-in mətbuat xidmətinin rəhbəri Cavid Cabbarlı Xocalı faciəsi haqqında məlumat verərək, bu hadisəninin dünya ictimaiyyətinə çatdırılma yollarının müəyyən edilməsinin zəruri olduğunu bildirdi.

Sonra çıxış üçün söz Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə verildi. Eldəniz müəllim qeyd etdi ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış ən dəhşətli faciədir. “Xocalı soyqırımı zamanı qan içən ermənilər hətta qadınların saçından asılması kimi işgəncələrə əl atıblar. Mən şəxsən qadınların asıldığı ağaclardan birini görəndə, onun üzərində hələ də, qadın saçları dururdu.”

Faciənin dünya ictimaiyyətinin çatdırılması ilə bağlı kifayət qədər tədbirlərin keçirildiyini qeyd edən Eldəniz Quliyev, “lakin keçirilən tədbirlər bu hadisənin çatıdırlması üçün kifayət deyil. Digər mühüm işlərdə görülməlidir. Tədbir çoxdur, lakin nəticə yoxdur”, - deyə bildirdi.

“Bu günə qədər faciənin səbəbkarları ilə bağlı açıq-aşkar heç nə deyilmir. Məlum olduğu kimi Xocalı faciəsinin 4 səbəbi var. Rus, erməni ordusu, özümüzün laqeyidliyi və qışın şaxtası. Lakin əsl cinayətkarlar haqında heç nə deyilmir. Qorxuram ki, bu hadisələr bizi onlara oxşatsın. Hadisənin günahkarları hazırda həm ölkəmizdə, həm Rusiyada, həm də ki, Ermənistanda yüksək rəsmi vəzifələrdə çalışırlar. Xocalı faciəsi ilə bağlı məqsədyönlü və ciddi işlər görülməsə, heç bir nəticə əldə edə bilməyəcəyik.”

Tədbirdə iştirak edən VİP rəhbəri Əli Əliyev, Xocalı faciəsinin beynəlxalq siyasətin nəticəsi olaraq baş verdiyini bildirdi. “Eyni halda bu günə qədər milli dövlət formalaşdıra bilməməyimiz, bu faciənin tanınmamasına səbəb olub. Biz emosional bir xalqıq. Ancaq hadisənin vaxtı gələndən-gələnə təsirlənirik. Faciəni törədən şəxslərin cəzalandırılması üçün milli və beynəlxalq hüquqdan istifadə etməliyik. Düzgün siyasi hakimiyyətin formalaşdırılmasına yaradılan maniələrin nəticəsidir ki, bu günə qədər ermənilərin cavabı verilməyib. Qocalar, qadınlar və uşaqlarımızın meyyitlərini bizə təhvil verən bir millətin mütləqdir ki, cavabı verilməlidir.”

AİP-ın sədr əvəzi Elçin Manafova çıxışı zamanı bildirdi ki, bu faciə yaddan çıxmamalıdır. “Faciə ilə bağlı görülən işlər olduqca azdır. Yalnız ildə bir dəfə hadisə qeyd olunur. “Eurovision” a bu qədər hazırlılqarın görüldüyü halda nəyə görə, Xocalı ilə bağlı işlər görülməsin. Artıq faciənin üzərindən 20 illik bir müddət keçməsinə baxmayaraq, hələ də hər hansı bir ciddi irəliləyiş hiss olunmur.”

Konfrans iştirakçılarından “Birlik” təşkilatının sədri Vüsal Hətəmov isə bildirdi ki, 20 il bundan öncə fiziki məğlub edilməyimizə baxmayaraq, bu gündə həmin məğlubiyyətin davamı kimi informasiya sahəsində də məğlubiyyətə düçar oluruq. “Kifayət qədər neft gəlirlərinə malik bir ölkə üçün informasiya sahəsində məğlub olmaq qəbul edilməzdir. Xocalı soyqırımı günü erməni informasiya agentlikəri Xocalıda ölən həmvətənlərimizi öz şəhidləri kimi təqdim edirlər. Bizim təqdim etdiyimiz fotoları isə Serbiyada öldürülən müsəlmanlar kimi dünya ictimaiyyətinə çatdırırlar. Artıq dünyada onların yalanlarına inanıb. Xocalı faciəsi ilə bağlı ölkədə aparılan təbliğat kampaniyası olduqca aşağı səviyyədədir. Nə 20 yanvar hadisəsi, nə də ki, Xocalı faciəsi ilə bağlı küçələrdə bir dənə də olsun reklam yerləşdirilmir. Lakin faciənin il dönümü ərəfəsində konsert vermək istəyən bəzi şou-biznes nümayəndələrinin afişaları reklam olunur.”
Sonda çıxış edən AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli, Xocalı hadisəsinin müharibənin nəticəsi olaraq baş vermədiyini bildirdi. “Bu hadisə bir xalqa və millətə qarşı soyqırım aktı kimi törədilib. Əgər həmin dövrdə Xocalı yox, Bakı və ya bütöv Azərbaycan ermənilərin mühasirəsində olsaydı, onlar bütün xalqa qarşı bu faciəni törədərdilər.Bir neçə il bundan əvvəl olduğu kimi, hazırda da bəzi müğənnilər Xocalı soyqırımının il dönümündə İsrailə və Sankt-Peterburqa mahnı oxumağa gedəcəklər. Digər tərəfdən soyqırımın il dönümündə Azərbaycanlı rəsmilərin Ermənistana getməsi çox acınacaqlı haldır. Baş verənləri nəzər aldıqda, bu faciənin dünya ictimaiyyətinə çatdırmaq olduqca çətindir. Düşmənlərimizi biz öz içimizdə axtararaq, İraqda, Əfqanıstanda və Fələstində soyqırım həyata keçirən ABŞ və İsraildən məsələyə hüquqi qiymət verməsini istəyirik. Bir halda ki, ölkənin ən yüksək qurumu olan Milli Məclisdə bu günə qədər Erməni soyqırımı ilə bağlı hər hansı bir qanun layihəsi qəbul olunmayıbsa, dünya ictimaiyyətindən hər hansı bir şey gözləməyimiz yersizdir.” Xəyal Şükür
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768