Azərbaycan İslam Partiyası (AİP) Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirəcək
AİP mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, anım mərasimində Xocalı faciəsi haqqında məlumat veriləcək və qanlı hadisənin tarixi mahiyyəti, eyni zamanda gənclərə ötürülməsi barədə fikir mübadiləsi aparılacaq. Sonra Xətai Rayonunda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunacaq.
islamazeri.az