اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

ABŞ şirkəti İranla ticarət əlaqəsini kəsmək istəmir

Yayım Tarixi: 13.02.2012 06:05
Hadisə
Yazı ölçüsü: büyüt küçült         

haber
“Biz də başqa şirkətlər kimi ticarətimizi davam etdirəcəyik."

Dünyanın bəzi şirkətləri sanksiyalara baxmayaraq İran İslam Respublikası ilə ticarət əlaqəsini davam etdirməkdədir. Onların sırasında ABŞ şirkətləri də var.
Lent.az-ın İran informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ-ın əkinçilik toxumu ixrac edən ən böyük şirkətlərindən biri Tehran hakimiyyətinə qarşı sanksiya tətbiqinə baxmayaraq, onunla ticarət əlaqələrini davam etdirəcəyini bəyan edib.
“Cargill” adlı bu müəssisənin başçısının müavini Paul Kone məsələ ilə bağlı bunları söyləyib: “Biz də başqa şirkətlər kimi ticarətimizi davam etdirəcəyik. Bununla belə çox diqqətli olmağımız lazımdır”.
O, İrana yüklə dolu gəmi göndərilməsindən danışaraq, bildirib: “Gəmi ilə bağlı durum çox normal haldadır. Hazırda mal alış-verişi üçün dollar, yen və avrodan başqa bir pula kredit hesabı aça biləcəyimiz banklar axtarırıq”.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768