ABŞ Konqresinin 3 üzvünün ofislərində içərisində şübhəli toz olan zərf aşkar olunub
Hadisə ilə bağlı təhqiqat başlayıb. İlkin analiz tozun zərərsiz olduğu müəyyən edib. Tozla bir yerdə göndərilmiş məktubda müəllif konqresmenləri növbəti dəfə içərisində «ölümcül patogen» maddəsi olan zərf göndərməklə hədələyib. Məktublar Oreqon ştatının Portlend şəhərindən göndərilib. Polisin məlumatına görə, məktub müəllifi qanunvericiləri ABŞ siyasətində korporasiya pullarının meydan sulamasına və lobbiçiliyə son qoymağa çağırır. Onun «Uoll-striti işğal et» hərəkatının tərəfdarı olduğu güman edilir.
islamazeri.az