İranlı diplomat qərbi İranla dialoq aparmamaqda ittiham edib
"ABŞ-ın İrana hücumu onun üçün sui-qəsd olacaq". Bunu İranın Moskvadakı səfiri Mahmud Reza Səcadi mətbuat-konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, İranın dünyanın istənilən nöqtəsində ABŞ-ın hərbi zərbələrinə cavab verməyə bütün imkanları var. İranlı dipomat eyni zamanda Tehran tərəfinin qabaqlayıcı zərbə edirə biləcəyini istisna edib. Mahmud Reza Səcadi qərbi İranla dialoq aparmamaqda ittiham edib."Amerika Birləmiş Ştatları və Avropa Birliyi İrana təzyiq göstərərək nüvə proqramından imtina etməyə məcbur edirlər. Onlar bizi nüvə proqramımızın hərbi xarakterli olduğunu hesab edirlər, lakin onların bu ittihamları əsassızdır",-deyə M.R.Səcadi əlavə edib.
islamazeri.az