اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

ABŞ-ın “Üçüncü Cihad”ı (Video)

Yayım Tarixi: 22.02.2012 16:21
Araşdırma
Yazı ölçüsü: büyüt küçült         

haber
Hər şey New York polisinin, bir Müsəlman gənci öldürməsiylə başladı...

New York Polisi, Müsəlmanların Məkkə və İstanbuldan sonra indi də ABŞ-ı ələ keçirmək istədiyini özündə “əks etdirən” “Üçüncü Cihad” adlı sənədli filmi polislərin təhsil aldıqları yerlərdə dərs vəsaiti kimi istifadə edəndən sonra Müsəlmanlar buna ciddi şəkildə etiraz etdilər.  

İslamazeri.az bununla bağlı ətraflı məlumat təqdim edir:  

Hər şey New York polisinin, şəhərin yoxsul səmtlərindən biri olab Bronxda 19 yaşlı silahsız bir müsəlman gənci evində öldürməsiylə başladı. Müsəlman dərnəkləri, "Hamımız Ramarley Garahamıq" deyərək New York polisinin Müsəlmanlara qarşı ayrı-seçkilik etdiyini bildirən etiraz aksiyaları keçirdilər. Müsəlman dərnəklərin iddialarını araşdıran ABŞ-ın Associated Press (AP) agentliyinin xəbəri isə vəziyyəti daha da gərginləşdirdi. Edamı reallaşdıran polislərin təhsillərinin bir hissəsi olaraq "Üçüncü Cihad" adlı bir müsəlmanların  əleyhinə olan sənədli filmi izlədikləri ortaya çıxdı.   New York Bələdiyyə Başçısı Michael Bloomberg və New York Təhlükəsizlik Müdiri Raymond Kelly, əvvəl sənədli filmin polislərə göstərildiyini  qəti şəkildə inkar etsələr də ancaq AP-in bununla bağlı sənədləri nəşr etməsindən sonra üzr istəmək məcburiyyətində qaldı. İnkar və ardından gələn üzr hadisələri daha da alovlandırdı. İnternetdən pulsuz olaraq da izlənilə bilən sənədlinin 1 il içində 1489 polis tərəfindən izlənildiyi aydın oldu. Hətta sənədli filmdə Kellyin də reportaj verdiyi və sərt ifadələr istifadə etdiyi görüldü.   Vəziyyət belə olunca müsəlman dərnəkləri, Kellyin istefasını tələb etdilər. Həmçinin bunun əksinə olaraq İslamı tərənnüm edən "Inside Islam: What a billion Muslims Really Think" adlı bir sənədli filmin də  New York Polis Müəssisəsində polislərə göstərilməsini bildirdilər.

  Bəs bu filmdə nədən söhbət gedir?  

Sənədli film guya “Üçüncü Cihad” - Müsəlmanların ABŞ və qərb mədəniyyətini fəth etmək və İslam bayrağı altına almaq üçün yeni bir cihad başladığını iddia edir. “İlk Cihad” kimi İslamın meydana gəlməsi ilə Məkkənin müsəlmanların idarəsinə keçməsi göstərilir. “İkinci Cihad” isə Osmalı türklərinin“Böyük bir Xristian şəhəri” olan Konstantinopolu fəth edərək Vyana qapılarına qədər gedib çıxması əks olunur.   Filmdə İslamın dünyanın ən sürətlə inkişaf edən dini olduğu, İslamda eyni cinslərin əlaqələrinin ölüm cəzasıyla cəzalandırıldığı, guya qadın haqlarına dəyər verilmədiyi və namus cinayətlərinin təbii qəbul edildiyi vurğulanır.   Həmçinin 2007-ci ildə 4 müsəlmanın ABŞ-ın Fort Dix bölgəsində Amerika əsgərlərini öldürmək üçün “plan hazırladıqları” nümayiş olunur.

  “İslamizm xərçəngdir”  

ABŞ-dakı ən böyük Müsəlman dərnəyi olan CAIR, terrorizmə dəstək verən bir təşkilat olaraq göstərilir. CAIR üzvləri tərəfindən hazırlanan və müsəlmanların şiddətə qətiliklə qarşı olduğunu göstərən təqdimat videoları üçün “aldatmaca” kimi təqdim edilir.     Avropada müsəlman ailələrin çox sayda uşaq sahibi olarkən, avropalıların ya uşaqsız ya da tək uşaqla qalmağı seçdiklərinə diqqət çəkilərək 80-90 il sonra Fransa başda olmaqla bir çox Avropa ölkəsində müsəlmanların xristianlardan daha çox olacağı ifadə edilir.   Sənədli film, "İslamizm bir xərçəngdir. Ya onu məğlub et, ya da o sizi yox edər" sözləriylə bitir. Princeton Universiteti Professoru Bernard Lewis də sənədli filmə, şərh verərkən "Artıq oyanma zamanı. Avropa üçün bu döyüş artıq itirildi. Amerika oyanmalı" deyir.  

“Bu nə idi belə!”  

New Yorkda bir polis məmurunun izlədikdən sonra, "Bu nə idi belə... Gülünc bir şəkildə tək tərəfli bir filmdir. Müsəlmanları düşmən kimi göstərirdi. Tam bir təbliğat" açıqlamasını verdiyi sənədli film:



islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Togrul
24.02.2012 08:15
Amerika Ve Israil Terrorizm Qehremanlari
cox xahis eliyirem bu metnin tercumesini vererdizde
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768