Fevralın 24-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Marius Puodziunas və və şəxsi köməkçi Uilyam Praroy yerinə yetirəcəklər.
islamazeri.az