Liviyanın mərhum lideri Muhammər Qəddafinin doğma şəhəri olan Sirt vətəndaş müharibəsinin son müqavimət nöqtəsi olub
İslamazeri.az-ın verdiyi xəbərə görə, Qəddafinin, Afrikanın incisi və öz paytaxtı olaraq adlandırdığı və abadlıq etdirdiyi şəhərin girişində, tonlarla partlamış sursat, şəhərdəki böyük dağıtmanın səbəbini göstərir.
Az qal evlərin hamısı istifadəyə yararsız hala gələn şəhərdə heç bir infrastruktur xidməti işləmir. Bəzi küçələrdə daşan sular göllər meydana gətirib və küçələrin keçdini bağlayıb.
Sirtliler partlamış və partlamamış sursatların arasından keçərək, xarabalıq halına gəlmiş evlərinə bəlkə də son dəfə girir. Xarabaya dönmüş evlərindən qalan əşyalarını götürən şəhər sakinləri bəlkə də bundan sonra uzun müddət qalacaqları başqa şəhərlərə daşıyırlar.