اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Ailədə ən müvəffəqiyyətli uşaq, ortancıl övlad sayılır

Yayım Tarixi: 21.02.2012 22:04
Ailə
Yazı ölçüsü: büyüt küçült         

haber
Ortancıl uşaqlar özlərinin ikinci yarısına daha çox sadiq olurlar və onlar müvəffəqiyyətə görə işləməyə üstünlük verirlər

Baxmayaraq ki, bəzi valideynlər 3 uşaqdan az olmayaraq övladlarının olmasını arzu edirlər, həmçinin onlar məhz ortancıl uşağın qayğı azlığından bədbəxt olacağından qorxurlar. Çünki ən az diqqət, qayğı ortancıl uşağa olur. Ən çox diqqət mərkəzində isə ən böyük və ən kiçiklər olur.
Alimlər isə əksinə, belə bir qənaətə gəliblər ki, ortancıl uşaq həyatda daha çox nailiyyət qazanır və daha yaxşı qarşılıqlı münasibət qura bilir.
Psixoloqlar düşünürlər ki, sakit, ləng böyük uşaqdan və şıltaq kiçik uşaqdan fərqli olaraq, ortancıl övlad güclü ünsiyyət qurmaq bacarığına malik olur.

Psixoloq Yekaterina Salmon hesab edir ki, ortancıl qardaş və bacıda biznesdə, siyasətdə və elmdə lider olmaq şansı böyükdür.
Ortancıl uşaqlar özlərinin ikinci yarısına daha çox sadiq olurlar və onlar müvəffəqiyyətə görə işləməyə üstünlük verirlər.
Bu uşaqlar hövsələli olmağa alışırlar. Uşaqlıqdan valideyinlərinin kiçik bacı və qardaşını yola çıxmaq üçün hazırlamasını və maşından kiçik uşaqların birinci olaraq düşürülməsini səbrlə gözləyirlər.
Onlar hər kiçik şey üçün hövsələdən çıxmırlar. Hətta kiçik uşaq stol arxasında ağladıqda belə yenə səbr nümayiş etdirirlər.
Uşaqlıqdan səbrli olmaq onlara gələcəkdə yalnız müvəffəqiyyət gətirir.
Həm də müəyyənləşdirilib ki, böyük və kiçik övladlara nisbətən ortancıl uşaqlar valideyinlərlə çox da sıx əlaqədə olmurlar və onlar kənardakı nüfuzlu şəxslərə daha tez bağlanırlar.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Aysel
23.02.2012 17:09
Məncə Də.
Mən deyilənlərlə razıyam.Özüm də ortancıl uşağam.İlk uşaqlar eqaist,sonuncu uşaqlar isə cox ərköyun olurlar.Ən sadiq uşaq da elə ortancil uşaqdi...
E.b
22.02.2012 10:16
Ay İnsan
hemiwe bele deyil ki
Zainab Ali
22.02.2012 09:47
Salam Aleykum
Doğrudan da çox maraqlı məlumatdır :) Və hamısı düzdür, mənə aiddir.... Mən də ilk dəfədir ki, ortancıl uşaq olduğuma görə sevindim:)
Konul
22.02.2012 01:31
Xx
Dogurdanda her biri mene aiddir.tesekkur edirem.
Ferid
22.02.2012 00:35

tesekur edirem....................
Xedice
21.02.2012 22:40
.
Heyatimda ilk defedir ki, ortancil usaq olduguma bu yazini oxuyub sevindim :)
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768