Rufulla Axundzadə: “Get bir öyrən gör əvvəlki prokuror Vüqar Quliyev nə gündədir”
Bu gün AİP üzvləri və ruhanilərin apellyasiya şikayəti üzrə ilk məhkəmə iclası keçirilib.
İslamazeri.az-ın verdiyi xəbərə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesi tanışlıq xarakteri daşıyıb. İlk olaraq hakim ittiham olunan şəxslərin vəkillərindən vəsatətləri olub-olmamısı barədə soruşdu.
Verilən vəsatətlər...
İlk olaraq Dəyanət Səmədovun vəkili Həbib Əliyev vəsatətlə çıxış edərək bundan əvvəlki Bakı Ağır Cinayətlər məhkəməsinin qərarından narazı olduğunu və apelliyasiya məhkəməsinin istintaqla aparılmasını istədi. Hacı Mövsüm Səmədov, Hacı Vaqif Abdullayev və Hacı Rufulla Axundzadənin vəkili olan Anar Qasımlı da vəsatətlə çıxış edərək bundan əvvəl olan məhkəmə iclasındakı qanun pozuntularını hakimin diqqətinə çatdırdı. Firdovsi Məmmədrzayevin vəkili Şəfa Camalzadə əvvəllki məhkəmə iclasında şahidlərdən birinin hətta Firdovsini tanınmaması epizodunu yada salaraq müdafiə etdiyi şəxsin cəmi bir şahidin ifadəsinə görə hökm olunduğunu hakimin nəzərinə çatdırdı. Seyyid Fəramizin vəkili də əvvəlki məhkəmədəki qanun pozuntularını bildirdi. Vəkil Anar Qasımlı əlavə olaraq Hacı Vaqif Abdullayevin əleyhinə heç bir dəlil və sübutun olmadığını, dogər sübutların araşdırılmadığını və ən əsas ekspert rəylərinin düzgün verilmədiyini bildirdi. İttiham olunan şəxslərdən vəsatələri olub-olmamsı barədə sourşan hakimə cavab olaraq Rufulla Axundzadə və Hacı Vaqif Abdullayev səhhətləri ilə əlaqədar onların həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istədi. Hacı Mövsüm Səmədov isə bütün ittiham olunanların təqsirsiz olduğunu ifadə edərək günahsız olduqlarını nəzərə çatdırdılar.
Dövlət ittihamçısı Mahir Abbsov isə bütün deyilən ittihamları qəbul etmədi. Amma o çıxışı zamanı bu vəsatətlərin müdafiə xarakterli olduğunu (maraqlıdır hansı xarakterdə olmalı idi ki?) və qəbul olunmamasını istədi.
Köhnə hamam köhnə tas Hakimlər müşavirə otağına yollandılar. Müşavirə otağından qayıtdıqdan sonra qərar isə yenə müsbət olmadı. Verilən bütün vəsatətlər əsassız olaraq təmin edilmədi.
Yeni prorkrorla Rufulla Axundzadənin sözü çəp gəldi Yeni prokuror Mahir Abbasov çıxışı zamanı Ağır Cinayətlər məhkəməsinin qərarını dəstəklədiyini bildirərək, bütün sübutların tədqiq olunduğunu və ədalətli qərar çıxarıldığını bildirəndə Ruffula Axundzadə yenə əsəbləşdi. “Sən də başladın yalan danışmağa. Hələ get bir öyrən gör əvvəlki prokuror Vüqar Quliyev nə gündədir. Qolu-qıçı sınıb qalıb yerdə. Sən də belə eləsən ondan pis günə qalacaqsan.”
Sonda hakimlər məhkəmə prosesinin istintaqsız davam etdirilməsi və növbəti iclasın dekabr ayının 1-nə təyin edilməsini qərara aldılar.
islamazeri.az