Beynəlxalq fiziklər qrupu silisium altlıqda yerləşdirdikləri bir atom fosforundan ibarət tranzistor yaradıblar
İslamazeri.az-ın MİNcom-a istinadən verdiyi xəbərə görə, atomdan tranzistor qismində istifadə yenilik deyil, belə ki, alimlər kifayət qədər uzun müddətdir bu istiqamətdə işləyirlər, lakin yenilik ondan ibarətdir ki, praktikada atomu silisiumlu səth üzərinə dəqiqliklə “oturtmaq”, eləcə də dəqiqliklə “söndürüb” və “yandırmaq” mümkün olub ki, bu da biratomlu prosessorların praktiki şəkildə yaradılmasını daha da yaxınlaşdırır.
Mühəndislər qeyd edirlər ki, hazırkı nümunə hələ ki sənaye istehsalında tətbiqindən çox uzaqdır, lakin bununla belə, alimlər atom-tranzistorun praktikada işləməsini əhəmiyyətli irəliləyiş olduğunu bildirirlər.
Alimlər hesab edirlər ki, Murun məşhur qanunu inkar etməyə nail olublar. Belə ki, Murun qanuna görə, mikrosxemlərdə tranzistorların sayı onların ölçüsünün azalması sayəsində hər iki ildə iki dəfə artır.
Biratomlu tranzistorların yaradılması əvvəlcədən 2020-ci ilə nəzərdə tutulmuşdu, lakin yuxarıda sadalananlardan belə məlum olur ki, tədqiqatçılar 8 il ərzində texniki prosesi sürətləndirməyə müvəffəq olublar.
islamazeri.az