Mövzu barəsində Hz. Əli (ə), "Nəhcül Bəlağə"sinin ilk xütbəsində mükəmməl şəkildə izah vermişdir
Sevimli oxucular, müsəlman ümmətinin bəzi məzhəblərinin mötəbər saydığı, ən etibarlı və ən möhkəm qaynaqlarından biri kimi təqdim edilən kitablardan biri Buxarinin "Əs-Səhih" kitabıdır.
Biz də öz növbəmizdə İslamla əlaqəsi olmayan hədisləri araşdırıb çıxarmaq istəyirik kii, ümmət arasında nə çaşqınlıq baş versin, nə də səhv məlumat gerçək kimi göstərilsin.
Buxarinin "Səhihində" belə bir hədis vardır:
حدثنا عبد الله بن مسلمة عن مالك عن ابن شهاب عن أبي سلمة وأبي عبد الله الأغر عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال ينزل ربنا تبارك وتعالى كل ليلة إلى السماء الدنيا حين يبقى ثلث الليل الآخر يقول من يدعوني " - ص 385 -" فأستجيب له من يسألني فأعطيه من يستغفرني فأغفر له
Yəni,
"Bizə Abdullah ibn Məsləmə, Malikdən; o da ibn Şihabdan; o da Əbu Sələmə ilə Əbu Əbdillah əl-Əğarrdan; bunların hər ikisi Əbu Hureyreden təhdis etdilər ki, Rəsulullah (s) belə demişdir: "Gecənin son üçdə bir hissəsi qalan zaman Təbarək və Taala (Uca) Rəbbimiz hər gecə dünya səmasına enər və: "Mənə kim dua edər ki, onun duasını isticab (qəbul) edim! Məndən kim bir ehtiyac istəyər ki, onun diləyini verim! Məndən kim bağışlanmaq istəyər ki, mən də onu bağışlayım!"-deyə buyurar". (Buxari, "Əs-Səhih", Təhəccüd namazı kitabı, hədis 26)Göründüyü kimi, Buxarinin rəvayətində Malik, Ibni Şihab kimi alimlər və Əbu Hüreyrə kimi Rəsulullah(s) dövründə yaşamış insanın adı var və bunların hamısı Allah-taalanın gecə vaxtı yerə endiyini iddia edirlər.
Əgər belə bir məntiqə əsaslansaq gecə saat 1-də oyaq halda Məbudumuzu gözləməli və arzularımızı bildirməliyik.
İndi belə bir fərziyəyə baxaq. Əgər Allah gecə saat 1-də Azərbaycana gəlsə, bəs o zaman Ərşə necə geri qayıdacaq?
Məsələn, Azərbaycanda saat 01:00 olduqda, Rusiyada 00:00, Türkiyədə 23:00 olur. Bu cür də azala-azala gedir. Əgər bu saat ərzində Azərbaycana gəlsə, geri dönmək çətin olacaq. Çünki bu zaman Rusiyada olmalıdır. Beləliklə, bu davam edir.
Ərşdə məskunlaşmış Allah, bu işi necə icra edə biləcək ? (Nəuzibillah)
PS: Sözsüz ki, əql sahibi bu cür şeyi qəbul etmir. Bu bir xürafatdır. Nə Quran ayələri nə də səhih hədislərlə üst-üstə düşür. Allah hər bir məkan və zamanda uzaqdır. Zamana və məkana məhdud olan Tanrı, müsəlmanların ibadət etdiyi Allah deyil. Bu sadəcə bir büt şəkilinə salınmış bir Allahdır. Ümidvarıq ki, bu cür fikirlərdən ağıllar təmizlənər.
(QuranEvi)
PPS: Qeyd olunan mövzu barəsində Hz. Əli (ə), "Nəhcül Bəlağə"sinin ilk xütbəsində mükəmməl şəkildə izah vermişdir.
islamazeri.az