Bəziləri hətta iman artdıqca Allahın da (nəuzubillah) inkişaf etdiyini söyləyir.
Bəzi dini cərəyanlarda "Şexhül-İslam" adlandırılan ibn Teymiyyə əl Hərraninin təlif etdiyi "Məcməul-fətava" adlı kitabının 3-cü cildinin 155-ci səhifəsində yazılmışdır:
"Allahı yuxuda görənlər Onu dəyişik şəkillərdə görürlər. Bu yuxunu görən kəsin necə şəxs olmasından asılıdır: Əgər saleh insandırsa, Allahı gözəl şəkildə görəcək. Bu üzdəndir ki, Rəsulullah (s) Allahı ən gözəl şəkildə görmüşdür."
İbn Teymiyyə, sadəcə olaraq Allahın görülməsini bildirmir, hətta Allahı görənlərin dəyişik (müxtəlif) şəkillərdə görəcəyini söyləyir və bunun imana görə dəyişdiyini söyləyir. Çox qəribədir, yəni iman artdıqca Allahın da (nəuzu billah) inkişaf etdiyini söyləyir.
İndi həmin qeyri-ənənəvi cərəyanda son dövrdə ən böyük alim hesab edilən Əbdüləziz ibn Abdullah ibn Bazın mövzu haqqında nə dediyini görək:
1.Sual: "İzzət sahibi Rəbbini yuxuda gördüyünü iddia edən şəxs haqqında şəriətin hökmü necədir? Doğrudurmu ki, İmam Əhməd ibn Hənbəl Uca Allahı 100 dəfədən çox yuxusunda görmüşdür?"
Cavab: "Həmd Allaha məxsusdur. Şeyxül-İslam İbn Teymiyyə və digərləri insanın yuxuda Rəbbini görməsinin mümkün olduğunu söyləmişlər. Ancaq onların gördüyü Allah-taalanın həqiqətdə olduğu kimi deyil. Çünki Allah-taala heç bir şeyə bənzəmir. Allah-taala buyurur ki: "Ona bənzər heç bir şey yoxdur"
(Əbdüləziz ibn Abdullah ibn Baz, "Məcmu fətava və Məqalat Mütənavviə lil Şeyx ibn Baz", 6/367)
2."Rəvayət edilir ki, İmam Əhməd (Allah ona rəhmət etsin) yuxuda Rəbbini görmüşdür. bəzi alimlər bunun mümkün olduğunu demişlər. Və ən doğrusunu Allah bilir. Lakin mən qorxuram ki, sufi şeyxlər və digərləri üçün qapı açılar, onlar "keçən gecə Rəbbimi gördüm, söhbət etdik və birlikdə danışdıq"-deməyə başlarlar. Bundan sonra isə, heç bir əsası olmayan əfsanələr və yalanlar ortaya çıxar. Düşünürəm ki, başlanğıcdan bu qapını bağlı saxlasaq daha yaxşı olar"
(Əbdüləziz ibn Abdullah ibn Baz, "Liqaat əl-Bab əl-Məftuh", 3/418)
(QuranEvi)
islamazeri.az