اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Almanlar yeni prezident tapdı

Yayım Tarixi: 20.02.2012 12:52
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
Almaniyanın boş qalmış prezident postuna yeni namizədin adı müəyyənləşib

Keçmiş Şərqi Almaniyada insan haqları müdafiəçisi olaraq fəaliyyət göstərən Joachim Gauckın təyin olunması ilə bağlı razılıq əldə olunub. 

Almaniya kansleri Angela Merkel müxalifət partiyaları tərəfindən 2010-da keçirilən prezident seçkilərində Kristian Vulfa qarşı namizəd olaraq göstərilən Gauckun namizədliyi dəstəkləyib. Bəzi fikir ayrılıqlarına rəğmən ortaq tərəflərinin olduğuna inanan Merkel “demokratiyaya bağlı olan Gauckun” beynəlxalq aləmdə də önəmli siqnallar verəcəyinə inandığını deyib. 

Xristian Sosial Birlik partiyası rəhbəri və Bavyera əyalət başçısı Horst Seehofer, İqtisadiyyat və Texnologiyalar naziri Filipp Rösler və digər partiya rəhbərləri də Gauckun namizəd olaraq göstərilməsinin Almaniya üçün yaxşı bir qərar olduğunu söyləyiblər. 

Prezidentliyə namizəd olaraq göstərildiyini öyrənəndən sonra Gauck təəccübünü gizlətməyib. O, partiyaların bu məsələdə orta məxrəcə gəldiklərinə çox sevindiyini deyib. 

Beləliklə də Gauckun 18 martda keçiriləcək prezident seçkilərində ölkənin 11-ci prezidenti olacağına heç kim şübhə etmir. \qafqazinfo\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768