اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

"Amnesty İnternational" Liviya hökumətini ittiham etdi

Yayım Tarixi: 16.02.2012 15:47
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
"Amnesty İnternational" Liviyadakı silahlı qrupların müharibə cinayəti törətdiklərini bəyan edib

İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, təşkilatın yaydığı hesabatda nəzarətsiz silahlı dəstələrin öldürülən Müammər Qəddafi tərəfdarı olduğu düşünülən məhkumlara işgəncə verdiyi bildirib. Hesabatda məhkumların ifadələrinə də yer verən təşkilat bəyan edib ki, həbsdə saxlanan Qəddafi tərəfdarları qamçıyla, kabellə, zəncirlə və ağacla döyülür, onlara kabellə və elektroşok cihazlarıyla elektrik cərəyanı verilir.  

Hesabatda sentyabr ayından bəri ən azı 12 məhkumun işgəncə nəticəsində öldüyü, bu insanların bədənlərinin işgəncə izləriylə dolu olduğu, dırnaqlarının çəkildiyi qeyd edilib.  

"Amnesty İnternational"ın yanvar-fevral aylarında Liviyanın qərbində və mərkəzi hissəsində 11 məhkum düşərgəsinə baş çəkdiyi, biri xaric, bütün həbsxanalarda işgəncə və pis rəftara dair sübutlara rast gəldiyi vurğulanıb.  

Sənəddə Liviyanın yeni hökumətinin nəzarətində olan mərkəzlərdə 2400 məhkum olduğu, ancaq silahlı qrupların çoxu Misrata və Tripolidə olmaqla minlərlə insanı dustaq saxladığı bildirilib.  

"Amnesty İnternational"ın böhran müşaviri Donatella Rovera isə kimsənin silahlı qrupları günahlandırmadığını deyib və Liviya hökumətini siyasi iradədən məhrum olmaqda, problemin miqyasını qəbul etməməkdə ittiham edib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768