اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Arvadını baltalayan Bakı sakini özünü 7-ci mərtəbədən atıb Arvadını baltalayan

Yayım Tarixi: 18.02.2012 12:23
Kriminal
Yazı ölçüsü: büyüt küçült         

haber
Kişi hadisə yerində ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Azərbaycan paytaxtında dəhşətli cinayət törədilib. Bu barədə  Yasamal Rayon Polis İdarəsindən bildirib. Hadisə ötən gecə Yeni Yasamal, ev 11, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 42 yaşlı Nail Qədirşah oğlu Tahirov həyat yoldaşı, 34 yaşlı Simuzər Tahirovanı baltalayıb. Qadının öldüyünü düşünən ər daha sonra 7-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. 

Hadisə baş verən mənzilə gələn qonşular qadının ağır yaralı olduğunu görüblər. Simuzər Tahirova dərhal xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. 

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768