Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 19-da saat 17.00-dan 17.05-dək və 21.15-dən 21.30-dək Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqezor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qoşa və Muncuqlu, fevralın 20-də saat 03.45-dən 04.00-dək Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
islamazeri.az