Kreditorlar "Petroplus"un kreditini 1 mlrd dollar dondurub və nəticədə şirkət emal üçün neft ala bilməyib və Avropada 3 neft emalı zavodunu bağlayıb
İslamazeri.az İnternet Qəzetinin "blomberg"ə istinadən verdiyi xəbərə görə, Avropanın ən böyük özəl neft emalı şirkəti "Petroplus Holdings AG" müflis olub.
İsveçrənin "Petroplus Holdings AG" şirkəti bu və ya digər ölkə məhkəməsinə müflislik barədə ərizə verməyi planlaşdırır.
Şirkətin kreditorlarla danışıqlarının uğursuz olduğu bildirilir.
Belə ki, ötən ilin dekabr ayında kreditorlar "Petroplus"un kredit xətlərini 1 milyard dollar həcmində dondurublar ki, nəticədə şirkət emal üçün neft ala bilməmiş və Avropada 3 neft emalı zavodunu bağlamağa məcbur olmuşdu.
Ötən həftə də "Petroplus" Fransadakı zavodunun satılmasının mümkünlüyünü bildirmişdi.
islamazeri.az