İsveçrə vətəndaşı Paskal Prokop Avropada yüzlərlə insanın ölümünə səbəb olmuş dondurucu soyuqdan qorunmaq üçün avtomobilində soba quraşdırıb
Prokopu xəbər mövzusu edən isə onun “Volvo-240” model avtomobilə odun sobası qoymasıdır. Çox təəccüblü olsa da, Paskal Prokop sobanın tüstü bacasını bayıra çıxarmaq üçün avtomobilinin üstünü deşib. Sürih şəhərinə 25 km uzaqlıqda olan Mettmenstetten qəsəbəsində yaşayan Paskal soba fikrinin özünə aid olduğunu deyib. Prokop həmçinin avtomobildə odun sobası yandırmaq üçün rəsmi icazəsi olduğunu da qeyd edib.