اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Axı qar yağır...

Yayım Tarixi: 28.01.2012 18:40
 
Yazı ölçüsü: büyüt küçült         

yazar1
Tural Əli


Qar yağır.
Demək olar ki, yaşından asılı olmayaraq hamı buna sevinir. Bir anlıq problemləri unudur və 1 il ərzində gözlədiyi qarı nəhayət ki, görür.

Lakin bir an bitdikdən sonra faciələr başlayır. Artıq 24 ildir ki, qarın yağmasına həm sevinmiş həm də kədərlənmişəm.Həmişəki kimi yollar bağlanır, işıq, qaz və su problemi çox keçmədən özünü göstərir.

- Oğlum dur məktəbə get.
- Ata axı qar yağır. Onsuz da müəllimlər və şagirdlər məktəbə gələ bilməyəcək. Qoy məndə getməyim.

- Qardaşım dur işə get. Gecikirsən.
- Ay qardaş axı qar yağır. Onsuzda yollar bağlıdır. İşə getsəm də işləmək olmayacaq. Çünki orda da heç bir isidici sistem yoxdur.

- Qardaş ordan 2 ədəd 30 qəpiklik çörək ver.
- Yoxduyeee. Ancaq qara çörək qalıb.
- Onda qardaş 5 litrlik (qiyməti 50 qəpik) su ver.
- Onun daha qiyməti 50 qəpiyə deyil, 1,50 olub. Verim?
- ...... (Söz tapmadım) 

Yollar bağlıdır çörək gətirənlər işləyə bilmirlər.İndi bəs neyniyək? Səbr edək də. 1-2 gündür yola verək getsin. Allahın bizə rəhmi gələcək və tezliklə qar əriyəcək. Həyat yenidən bərpa olacaq.Səhər isə işə gəlmək üçün əməlli başlı cəfa çəkdim. Elə bil Nuhun (ə) tufanı baş verib. Həyat donub. 30 dəqiqəlik yolu 2 saata getmək uğur və müvəffəqiyyət sayılır. Ən azından bu yolu gedə bilməyənlərdə var.Deyirəm ki, görəsən bu Avropanın soyuq şəhərlərində də vəziyyət Bakıdakı kimi olsaydı. Onlar gərək öləydilər. Çünki ən azı 3-4 ay oralarda yerdə qar olur. Özudə 30 sm yox e, 1-2 metr arası.

Bəs onda Bakı Şəhərinin Meri hara baxır? Ancaq şəhərin mərkəzi 2-3 küçəsinə? Başqa yerdə yaşayanlar adam deyillər? Deyirəm nə olardı Avrovizion bu qarlı havaya təsadüf edərdilər. Bəlkə xaricilərin şərəfinə yollarımız duzlanar, təmizlənərdi. Bu da Avrovizionun yeganə müsbət cəhəti olardı.Nə başınızı ağrıdım. Qardı da yağır. Amma onu bilirəm ki, 2 gündə yağsa yəqin ki, əməlli başlı paytaxt “Sibir”-i, vətəndaşları da repressiyaya qurban getmiş insanları xatırladacaq. Allah hamımızın köməyi olsun.



  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768