اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Axirətdən gələn məktub - III hissə

Yayım Tarixi: 08.02.2012 13:40
Məqalə
Yazı ölçüsü: büyüt küçült         

Dünyadakı günlərimə bir də səyahət edək...

Mən ali təhsilimi başa vurub vətənimə döndükdən sonra geniş ictimai fəaliyyətə başladım. Geniş tərzi-təfəkkürümə, yüksək elmi nailiyyətlərimə və çox gözəl, bəlağətli söhbətlərimə görə camaat məni çox sevirdi. Hamı məni öz yas mərasimlərinə, ümumiyyətlə keçirdikləri dini mərasimlərə dəvət edirdi. Bu şərait mənim üçün çox gözəl bir fürsət idi ki, dinimi olduğu kimi camaata çatdırım.

Çünki hamı mənim sözlərimi eşidir, ona canla-başla əməl edirdilər.
Mübarək Ramazan ayının günlərindən biri idi. Bir əza məclisinə məni dəvət etmişdilər. Günün günorta çağı idi. Məclisə daxil oldum. Gördüm ki, ehsan süfrəsi açılıb. Çox qəzəbləndim. İstədim buna öz etirazımı bildirim. Əgər qarşısını alsaydım hamı mənim sözümü eşidib süfrəni yığışdıracaqdılar. Sonra yadıma düşdü ki, bu məclis bizim icra başçısının məclisidir. Onun cavan oğlu dünyadan getmişdi. Fikirləşdim ki, qarşısını alsam icra başçısı məndən incik düşər. O an hər şeyi unutdum. Camaat yeyib qurtardıqdan sonra mən hələ bir dua da oxudum ki, Allah bu ehsanı qəbul etsin. Amma mənim vəzifəm o deyildi. Mən gərək etirazımı bildirib bu işin qarşısını alaydım. Əgər sözümə qulaq asmasaydılar, mən ordan çıxıb getməli idi. O vaxta qədər bizim camaat Ramazan ayında gündüz ehsan vermirdi. O gündən sonra bu iş adət halını aldı və hamı öz məclisində gündüz ehsan verməyə başladı.
Sonra isə mən bu işin qarşısını ala bilmədim. Camaata etiraz edəndə mənə - icra başçısının məclisində niyə etiraz etmədin? – deyə üzümə qayıtdılar. Əgər icazə verilmirdi niyə orada susdun? Sənin susmağın isə bizim üçün razılıq əlamətidir – deyə mənə etiraz etdilər. Bu mənim İslamın təbliğində ilk və bağışlanmayan bir səhvim idi. Çünki mən camaat arasında böyük bir günahın təşəkkül tapmasına səbəb olmuşdum. Bu işimlə orucun əhəmiyyətsiz bir iş olduğunu əhali arasında adət qoydum. Halbuki Həzrət Əli (ə) bir dəstə oruc tutmayan və heç bir üzrləri olmayan şəxsləri diri-diri təndirdə tüstü ilə boğub öldürmüşdü. Çünki onlar açıq-aşkar oruc tutmayacaqlarını iddia edirdilər. İndi siz baxın Əli (ə)-ın oruca verdiyi əhəmiyyətə və mənim oruca münasibətimə.

Bu zaman mələk mənə nida elədi: Sən camaatı bu tərzdə pisliklərdən çəkindirmisən? Bəs sən o zaman Allahdan qorxmadın? Allahı qoyub bəndənin razılığını ələ gətirmək üçün o məclisdə susdun. Qorxdun. Çünki sən Allahdan qorxmamısan. Allahdan qorxan kəs heç kəsdən qorxmaz. Allahdan qorxmayan kəs hər şeydən qorxar. Allah-Təala da Qurani-Kərimdə Öz bəndələrinə yalnız Ondan qorxmağı əmr edir. (Bəqərə 150; Maidə 44.) Məgər Allahın-yalnız alimlər Allahdan qorxar-ayəsini oxumamışdınmı? (Fatir 28). Əvvəla o, zalım hökumətin nümayəndəsi idi. Sən heç vaxt ona itaət etməməli idin. İkincisi sən çox yerdə onu tərifləyirdin. Onda o yaxşı xüsusiyyətlər olsa da, olmasa da sən onu hey mədh edirdin. Məgər sən təbliğə getmişdin ya məddahlığa? Sən İslamı təbliğ edirdin ya icra başçısını? Bəs niyə bunları yadına salmırsan?

Mən qorxudan cavab vermək istəmirdim. Çünki günahın nə böyüklüyündə olduğundan xəbərdar idim. Çünki hədislərdən mənə aydın olmuşdu ki, zalıma itaət etmək, zalımın zülmündə şərik olmaq deməkdir. Hətta onun zülmünə razılıq versən belə yenə də onunla şəriksən. Bir hədisdə oxumuşdum ki, hər kəs bir zalımın qəsrində Quran oxusa Allah-Təala o şəxsə oxuduğu ayələrin hər hərfinə görə lənət göndərər.
Nəhayət cavab verməyə özümdə cəsarət tapdım və dedim: Təqiyyə edirdim.
Dedi: Sənin gördüyün iş məgər təqiyyə idi? Hansı imamın tarixində oxumusan ki, İmam (ə) təqiyyə edəndə xəlifəni və ya valini tərifləsin. Təqiyyənin mənası kiməsə yaltaqlanmaq deyil. Ən azı qorxduğu şəxsdən öz əqidəsini gizlətməkdir. Sən isə açıq-aşkar ona yaltaqlanırdın. Sən bu işinlə bütün alimlərin şərəfini alçaltdın. İmam Hüseyn (ə) sənə dərs olmadı. Daha doğrusu sən dərs ala bilmədin o məktəbdən. Allah sənə lənət eləsin!

Mənə bu sözləri eşitmək üçün iki qulaq yox, daha çox qulaq lazım idi. Çünki lənət mənə tam cəhənnəmə getməyimdən xəbər verirdi. Bizə məlumdur ki, mələklər özbaşına heç bir iş görməzlər. Allah onlara izn verməsə heç bir işi həyata keçirə bilməzlər. Deməli mələyin mənə lənət deməsi Allahın iznilədir. Allahın izni Onun razılığı deməkdir. Bir işə razı olmaq da o işdə şərik olmaq mənasındadır. Nəticəsi də budur ki, elə bil Allah mənə lənət elədi. Allahın lənəti isə əbədi cəhənnəm deməkdir. (Alim burada özünün faciəli aqibətini gözünün qarşısına gətirərək ah-nalə edib ağlayır).
Ardı var...

Fərhad Mirzə
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Ferhad
16.02.2012 21:00
Cavab
Men o hadiseni Ali (a) - in qezavetleri kitabindan goturmusem
Zeyneb
15.02.2012 12:03
Sual
Salamun aleykum..Aleyna xanimin verdiyi suali vermek isteyirdim.. Meqaledeki "Halbuki Həzrət Əli (ə) bir dəstə oruc tutmayan və heç bir üzrləri olmayan şəxsləri diri-diri təndirdə tüstü ilə boğub öldürmüşdü. Çünki onlar açıq-aşkar oruc tutmayacaqlarını iddia edirdilər." cumlelerini hansi menbeden oxumusuz? zehmet olmazsa, yazardiniz..evvelceden teshekkur edirem..
Aleyna
12.02.2012 16:55
Sual
Halbuki Hezret Eli (e) bir deste oruc tutmayan ve heç bir uzrleri olmayan shexsleri diri-diri tendirde tustu ile bogub oldurmushdu. bu cumleye meqalede rast geldim. bunu hardan hansi hedisde oxumusunuz?
Zehra
08.02.2012 17:24

bir sozle cox gozel yazidi ardini sebirsizlikle gozleyirem
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768