اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Axirətdən gələn məktub - IV hissə

Yayım Tarixi: 14.02.2012 14:32
Məqalə
Yazı ölçüsü: büyüt küçült         

Dünyadakı öz bədbəxt günlərimdən sayılan günlərdən biri də indi deyəcəyim hadisəni şərh edən bir gündür

Həcc mərasimi yaxınlaşırdı. Bizim ərazıdən də bir neçə nəfər həccə hazırlaşırdı. Onlardan biri də mən idim. Xüsusi zövqlə, həvəslə və şövq-məhəbbətlə hazırlaşırdım o həcc ziyarətinə. Həm də mən dəstə başçısı idim. Bizimlə bir nəfər də gedirdi. Bir dükanı var idi. Orada şərab satırdı.
Mən ondan neçə dəfə şərab satmamasını xahiş etmişdim. Amma o, əhəmiyyət vermirdi. Mən ona dedim ki, sən hansı pulla həccə gedirsən? Dükanın pulu ilə-deyə mənə cavab verdi. Dedim ki, sən o dükanda şərab satırsan. O dükanın gəliri şərabla olduğu üçün sənə haramdır. O ki qaldı sən o pulla həccə gedirsən, sənin həccin də batildir, zəhmətlərin də puça gedir. Həm də mənəvi cəhətdən Allaha hörmətsizlik edirsən. Allah sənə buyurur ki, sənə şərab da, şərabın gəliri də haramdır. Amma sən nəinki bu hökmə əhəmiyyət verirsən, üstəlik həmin pullarla Allahın evini ziyarət etməyə gedirsən. Bununla Allaha bildirmək istəyirsən ki, mən Səni saymıram. O, mənə dedi ki, qoy gedim, qayıdandan sonra dükanda başqa şeylər sаtaram. Nə isə vaxt yetişdi, biz həccə getdik və qayıtdıq. Amma o şəxs dükanda başqa ərzaq malları da satmaqla bərabər, şərab satmağı da tərk etmədi. Mən də daha ona bir söz demədim. Nə vaxt onunla qarşılaşırdım, hörmət və məhəbbətlə ona salam verir, hal-əhval tutardım.

Mələk mənə birdən bir sual ünvanladı: O kişi həccə gedənə qədər sən öz vəzifəni yerinə yetirdin. Bəs həccdən qayıdandan sonra onu niyə bu işdən çəkindirmədin? Axı o sənə söz vermişdi ki, həccdən gələndən sonra daha şərab satmayacaq. Sənin ümumi vəzifən bu idi ki, gedib onu bu işdən bir də çəkindirəsən. Xüsusi vəzifən də var idi. O da bu idi ki, gedib ondan vədinə sadiq qalmağı tələb edəsən. Sən bunların heç birini etmədin. Amma sən bu işləri etsəydin, ərazinizdə şərab dükanları çoxalmazdı. Onlar da bu bəhanəni gətirirdilər: “Hacı dükanında şərab sata bilər, biz yox?” Hətta şərab satanların bəzilər belə deyirdilər: “Hacı da şərab satar?” Əgər satırsa demək İslam icazə verir. Bununla da bir bidət də artdı. Artıq hamı şərabın satılmağına İslamın icazə verdiyini deyirdi. Amma sən susdun. Niyə susdun? Məgər sən – bidətlər üzə çıxan zaman susan alimə Allah lənət eləsin – hədisini oxumamışdın? Təbii ki, oxumuşdun. Bilirsən niyə danışa bilmirsən? Çünki sən şərab istehsalı mərkəzinin müdiri ilə dost idin. Həm də o sənə çox hörmət edirdi. Bir dəfə qardaşını tutdular, o kömək elədi və qardaşını həbsdən xilas elədi. Bir dəfə oğlun bir qızın bakirəliyini aradan aparmışdı. Ona görə onu tutmuşdular. O kişi oğlunu xilas elədi həbsdən. Sən isə heç o qızın qanbahasını belə vermədin. Bəhanə elədin ki, bu işin doğruluğuna inanmırsan. Nə isə bunların hamısını yazacaqsan. Amma o kişinin söhbətinə gəlincə isə sən onun qarşısında gözükölgəli idin. Ya da ona qarşı cürət etmirdin. Çünki sənə qarşı minnət qoyacağından qorxurdun. Hər halda onun ticarətinə ziyan vurmaq istəmirdin. Məgər belə şeylərə görə adam camaatı pisliklərdən çəkindirməz? Mən hələ qabaqkı suallarımda o kişi ilə niyə dostluq əlaqəsini qurduğunu soruşacağam. Amma indi səndən Hacının məsələsi barəsində bir şey soruşacağam. Sən niyə Hacı ilə xoş rəftar edirdin? Pisliklərdən çəkindirmək maddəsinin mərhələlərindən biri də əlaqəni kəsməkdir. Bəlkə o şəxs öz əməlinə görə əlaqənin kəsildiyini başa düşüb öz əməlindən çəkinsin. Bəs sən niyə əlaqəni o Hacıdan kəsmədin? Məgər sənin vəzifən bu deyildimi?

Mən bu sualların qarşısında aciz qalmışdım. Çünki bu suallar haqqına veriləcək cavabım yox idi. Həqiqətən mən Hacıdan bütün əlaqələrimi kəsməliydim. Çünki Mənim xüsusi vəzifəm bu idi. Əgər bu işi görsəydim yaxşı nəticəsi olacaqdı. Amma mən bunu etmədim. 
Daha sonra Mələk belə bir sual soruşdu: Bəs niyə?

Cavabında belə dedim: Çünki O, mənim xüsusi dostuma çevrilmişdi. Mən Həcc ziyarətindən qayıdandan sonra sıravi şəxslərlə oturub-durmağı özümə yaraşdırmırdım. Yalnız hacılarla, imkanlı şəxslərlə oturub-dururdum. Bizim məntəqədə də cəmi 3-4 nəfər imkanlı hacı var idi. Onlar da cəmiyyətin qaymağı hesab olunurdu. Mən də məcbur idim onlarla çox ünsiyyətdə olum ki, öz nüfuzumu itirməyim.

Mələk mənə belə dedi: Sən bu yazdıqlarını bir-bir qiyamətdə hesabat verəcəksən.
Mələk “qiyamət” sözünü özünə məxsus titrəyişlə söylədi. Sonra sözünə belə davam etdi: Əgər Allahın xüsusi rəhməti olmasa sən mütləq cəhənnəmə sürüklənəcəksən. Bəlkə də orada əbədi olaraq qalacaqsan. Sonra mələyin qorxusu o səviyyəyə çatdı ki, az qalmışdı qorxudan əriyib parça-parça olsun. Onun qorxusu məni dəhşətə gətirmişdi. Bildiyimiz kimi mələklər üçün savab-günah prinsipi yoxdur. Onlar yalnız verilən əmri qeydsiz-şərtsiz yerinə yetirirlər. Həm də bu işlərdə heç bir yüngüllük və etinasızlıq göstərmirlər. Amma qiyamət günündən bu qədər qorxurlar. Vay mənim halıma! Bütün əməllərimə görə hesabat verən mən olacağam. Nəinki fərdi məsuliyyətlər, həmçinin ictimai məsuliyyətlər mənim üzərimdə olacaq. Görün Mələk belə fəryad edirsə, mənim halım necə olacaq.
Nəhayət mələk özünə gəlib mənə daha bir sual ünvanladı: Sən necə “yaxşılığa dəvət və pislikdən çəkindirmək” prinsipini həyata keçirmisən ki, sənin qızın qeyri-şəri geyimlər geyinir, oğlun isə zinakarlıq edirdi? Məgər sən bunları görmürdün? Birinci qızından başlayaq. Sən qızına ən azı bir ata kimi niyə nəsihət vermirdin ki, belə geyimlər geyməsin? Məgər O, bir yerə gedəndə sənin gözünün qarşısından keçib getmirdimi? Bəs niyə qarşısını almırdın? Hələ mən şəri qanunlara əsasən səndən soruşmuram. Hələ ki atalıq borcunu soruşmuram.

Mən ona belə cavab verdim: Mənim qızım müqəddəs elm şəhərlərindən birində dünyaya gəlmişdi. Biz öz vətənimizə qayıdarkən onun üç yaşı var idi. O, burada böyüyüb boya-başa çatmışdı. Mühitlə əlaqədar olaraq geyimi o vəziyyətdə idi. Açığı mən onu çox istəyirdim. İstəmirdim onun xətrinə dəyim. Düzdür onu özbaşına buraxmışdım. Amma onu çox istədiyimdən belə etmişəm.

Mələk mənə dedi: Sən qızını çox istəsəydin ona nəsihət edərdin ki, etdiyi əmələ görə cəhənnəmdə yanmasın. Sən necə razı oldun ki, ən çox sevdiyin şəxs cəhənnəm atəşində yansın? Sən onu öz əllərinlə cəhənnəmə göndərmirsənmi? Axı sənin atalıq borclarından biri də övladına Quranı öyrədib, İslamın şərafətli qanunlarına əsasən onu tərbiyələndirməyin idi. Bəs sən övladının odda yanmağına necə dözəcəksən? Şəri qanuna əsasən də sən ona hicab ayəsini göstərə bilməzdinmi? Həzrət Fatimənin (ə) qarşısında nə deyəcəksən? Məgər O, sənin qızını belə bir vəziyyətdə görüb kədərlənməzmi? Sən o xanımın əmanətini niyə qorumadın? Səndən başqa bunu kim etməli idi? Məgər hicab ayəsi sənin qızına aid deyildimi? Necə olur, Peyğəmbər (s) qızına vacib olur, amma sənin qızına yox? Məgər sən Peyğəmbərdən (s) öz qızını çox sevirdin? Məgər oxumamışdın ki, Peyğəmbər (s) bir yerə gedəndə ən axırda öz qızıyla görüşər, qayıdanda isə ən birinci görüşərdi? Məgər Peyğəmbərin (s) “Fatimə (ə)  mənim ciyərparəmdir. Onu incidən məni incitmiş, məni incidən isə Allahı incitmişdir” kəlamını oxumamışdınmı? Sən isə ay bədbəxt bəndə, bu işinlə Fatimənin (ə) incitmisən. Fatimənin (ə) qəzəbi isə Allahın qəzəbidir. Məgər Həzrət Fatimə (ə) öz qısa, lakin bərəkətli ömrünü ümmətin qadınlarını tərbiyələndirməyə sərf etmədimi? Məgər O, hicabı qadının zinəti qərar vermədimi? Məgər hicab sənin qızına şəxsiyyət vermirdimi? Bəs niyə Fatimənin (ə) yaşatdığını sən yaşatmadın? Niyə o Xanımın zəhmətlərinin qədrini bilmədin?  

Bu sözlərin qarşısında mən nə deyə bilərdim ki?

Ardı var...

Fərhad Mirzə 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Elcin
19.02.2012 15:11
Xicab
na qadar zaif musalman oldugumu indi anladim
Leman
18.02.2012 21:29
...
Allah razi olsun, hicab bolmesi xususile xoshuma geldi.. ardini gozleyirik sebirsizlikle
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768